15 may 2019 09:25

“Sabunçu Bazarı”na idarəetmə və nəzarət orqanı seçiləcək 

“Sabunçu Bazarı” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq 28 iyun 2019-cu il saat 11.00-da səhmdar cəmiyyətinin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Cavad küçəsi 4 nömrəli ünvanda yerləşən inzibati binasında baş tutacaq.

Ümumi yığıncağın gündəliyi:

1. “Sabunçu Bazarı” Açıq Səhmdar Cəmiyyətinin idarəetmə, nəzarət orqanlarının seçilməsi.

2. “Sabunçu Bazarı” Аçıq Səhmdаr Cəmiyyətinin 2018-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi.

Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00-dək, səhmdar cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Cavad küçəsi 4 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış оla bilərlər.

Eləcə də bax: Azərbaycanın ən məşhur şirkətlərinin - SİYAHISI

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz