Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin qeyri-faiz xərcləri 10 milyon manatdan çox olub.
FED.az xəbər verir ki, bunlar "Kapital Bank" (46,335 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (29,481 milyon manat), "PAŞA Bank" (15,825 milyon manat), "Access Bank" (15,241 milyon manat), "Unibank" (14,996 milyon manat), "Bank Respublika" (11,501 milyon manat) və "Xalq Bank"dır (11,439 milyon manat).
Qalan 23 bankdan 20-də qeyri-faiz xərcləri 1-10 milyon manat arasında, 3 bankda isə 1 milyon manatdan azdır.
Eləcə də bax: 20 bankın qeyri-faiz xərcləri artıb - SİYAHI