15 may 2019 08:22

“Gəncə Cihazqayırma Zavodu”nun xalis mənfəəti kəskin azalıb - HESABAT

“Gəncə Cihazqayırma Zavodu” ASC 2018-ci ili 1 milyon 643 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2017-ci illə müqayisədə 1 milyon 114 min manat və ya 40,4% azdır.

FED.az ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, 2017-ci ildə 13 milyon 899 min manat təşkil etmiş cəmi satış gəlirləri 2018-ci ildə 12 milyon 660 min manata düşüb (1 milyon 239 min manat və ya 8,9% azalma).

Eləcə də bax: Gücü 9,6 milyon yumurta olan quşçuluq müəssisəsinin tikintisi davam edir

31 Dekabr 2018-ci il tarixində “Gəncə Cihazqayırma Zavodu” 8 milyon 270 min manat cəmi aktivlərə malik olub. ASC 2017-ci ilin sonunda 8 milyon 793 min manat cəmi aktivlərə malik idi.

“Gəncə Cihazqayırma Zavodu” “Аbşeron” ticarət nişanı altında su sayğacları istehsal edir.

"PAŞA Holding" Gəncə cihazqayırma zavoduna sərmayə qoymuşdur.





©Marja

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz