14 may 2019 16:04

“Sovetski”nin yerində tikilən Bakı Mərkəzi Parkı belədir - FOTO

Bakı Mərkəzi Parkının 1-ci hissəsində tikinti işləri başa çatdırılıb. 

FED.az xəbər verir ki, bu ilin may ayının sonuna kimi şəhər sakinləri parkdan istifadə edə biləcəklər.

Bu barədə “SkyscraperCity Azerbaijan” səhifəsində məlumat verilib.

Məlumata görə, parkın bu hissəsi yerüstü piyada keçidləri və zolaqların birləşdirdiyi altı hissədən ibarət olacaq. Burada şəhər sakinləri və qonaqlar üçün bir neçə istirahət və əyləncə yerləri təqdim olunacaq.

Eləcə də bax: “İcbari tibbi sığortanın tətbiqinədək “sənədsiz evlər” məsələsi həll olunacaq”

Qeyd edək ki, Bakının “Sovetski” kimi tanınan ərazisində söküntü işləri başa çatdıqdan sonra 2016-cı ilin avqustundan yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması layihəsi çərçivəsində bir çox işlər görülüb. Həmin layihələrdən ən əsası “Sovetski”nin yerində salınan böyük parklardan biridir.





















©Bakucity.az 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz