14 may 2019 14:35

"Qaz 2020-ci ilədək Yunanıstan və İtaliyaya çatdırılacaq"

“Cənubi Qaz Dəhlizi strateji layihədir. Azərbaycan qazını 2020-ci ilədək Yunanıstan və İtaliyaya çatdırmaq üçün lazımi işlər görülüb".

FED.az xəbər verir ki, bunu Brüsseldə "Şərq Tərəfdaşlığı" Proqramının onilliyinə həsr olunan Yüksək Səviyyəli Konfrans çərçivəsində keçirilən “Şərq Tərəfdaşlığının 10 illiyi: Konkret nəticələrlə bağlı nailiyyət və təhdidlər” adlı paneldə nitq söyləyən xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Eləcə də bax: Əhali təbii qaz üçün 320 milyon manat ödəyib

“Cənub Qaz Dəhlizi layihənin sonu deyil, bir qolunu da Balkanlara çəkmək nəzərdə tutulur. Bu məsələ də hələlik həllini tapmayıb”, – nazir deyib.

O, Azərbaycanın uğurla həyata keçirdiyi başqa irimiqyaslı infrastruktur layihələrindən danışaraq, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən söz açıb.

“Bakı-Tbilisi-Qars Şərq ilə Qərbi qovuşdurub. Gün gələcək bizim indiki gənclər Bakıda qatara minib Stokholma gedə biləcəklər. Bu da insanlar arasındakı təmasları artırmaq deməkdir”, – E.Məmmədyarov xüsusi vurğulayıb.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz