14 may 2019 09:56

Azərbaycanda 6 şirkət səhmdarlarına - HESABAT VERƏCƏK

Azərbaycanda bir neçə ASC-nin səhmdarları toplanır.

FED.az Banker.az-a istinadən xəbər verir ki, 28 iyun 2019-cu il saat 11.00-da “Bakı Texnika Sənaye” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, gündəlikdəki məsələlərə  Səhmdar cəmiyyətin 2018-ci il üzrə yekun hesabatının müzakirəsi və təsdiqi daxildir. Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Ünvan- Bakı şəhəri, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 11.

Eləcə də bax: "Səba"nın sahibləri toplaşır - YIĞINCAQ

29 iyun 2019-cu il saat 11.00-da Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi 22 nömrəli ünvanda yerləşən cəmiyyətin inzibati binasında “Xətai Təmir-Tikinti-1” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək. Gündəlikdəki məsələlər Cəmiyyətin 2018-ci il üçün illik və maliyyə  hesabatları barədə, cəmiyyətin müşahidə şurası və təftiş komissiyası, cəmiyyətin 2019-2020-ci illər üçün inkişaf perspektivləri və planları barəsindədir.

30 iyun 2019-cu il saat 10.00-da “Tikintimaştəmir” ASC səhmdarların növbəti illik ümumi yığıncağı Bakı şəhəri, Balaxanı qəsəbəsi 2-ci mədən küçəsində inzibatı binada keçiriləcək. Ümumi yığıncağın gündəliyi müəssisənin 2018-ci il üçün maliyyə -təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və təsdiqi, müəssisənin fəaliyyətinin yaxşılaşdırılması üçün səhmdarların təkliflərinin müzakirəsi və digər məsələlərdən ibarətdir.
Bütün səhmdarların iştirakı vacibdir.

9 iyun 2019-cu il saat 11.00-da  “Bakı Tikinti- Quraşdırma” ASC səhmdarların növbəti illik ümumi yığıncağı keçiriləcək.
Gündəlikdəki məsələlər Cəmiyyətin 2018-ci il maliyyə-təsərrüfat fəaliyyətinin təhlili və digər məsələlərdən ibarətdir. Yığıncağın gündəliyinə aid sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür. Yığıncaqda bütün təsisçilərin şəxsiyyəti təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq olunmuş etibarnamə və şəxsiyyəti təsdiqləyən sənədlə) iştirakı vacibdir.

28 iyun 2019-cu il saat 11.00-da “Kəndsutəchizat” QSC-nin inzibati binasında səhmdarların növbəti illik ümumi yığıncağı keçiriləcək.
Yığıncağın gündəliyi Cəmiyyətin idarəetmə orqanlarının 2018-ci ilin yekunlarına dair hesabatı və balansın təsdiqi, təşkilati məsələlər (idarə heyətinin seçilməsi), QSC-nin səhmlərinin alqı və satışı ılə bağlı müraciətin müzakirəsi və digər məsələlərdən ibarətdir.

28 iyun 2019-cu il saat 11.00-da “Bərdə İnşaat Sənaye” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
İclasın gündəliyinə  Səhmdar cəmiyyətin idarəetmə orqanlarının 2018-ci il üçün maliyyə-təsərrüfat fəaliyyətinin müzakirəsi və təsdiqi daxildir.

Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz