13 may 2019 16:28

BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir

2019-cu ilin ilk rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2524 nəfər olub. Bu saya  müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.  FED.az xəbər verir ki, bu barədə BP şirkətinin rüblük hesabatında qeyd olunur.

Qeyd edək ki, ötən ilin sonunda BD-işləyənlərin sayı 2534 nəfər olub ki, bu da cari ilin ilk rübü ilə müqayisədə 10 nəfər çoxdur. Həmçinin hesabatdan məlum olur ki, 2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
Birinci rüb ərzində BP Azərbaycan şirkətinin üç yerli işçisi BP-nin Böyük Britaniya, İraq və Rusiya ofislərində yüksək vəzifəli rəhbər işlərə təyin olunub. 

Eləcə də bax: I rübdə AÇG-dən 7 mln. ton neft hasil edilib

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz