13 may 2019 12:13

SOCAR bu şəhərlərdə üzən yanacaqdoldurma məntəqəsini işə salıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkəti naviqasiya mövsümünün başlaması ilə əlaqədar kiçik və orta ölçülü gəmilərin yanacaqla təminatı üçün iki üzən yanacaqdoldurma məntəqəsini işə salıb. FED.az xəbər verir ki, bu barədə şirkətin “Facebook” səhifəsində məlumat verilib.

Yanacaqdoldurma məntəqələrinin biri paytaxt Kiyevdə Muromets parkının ərazisində, digəri isə Odessada Sovinyon yaxta-klubunun ərazisində yerləşir. SOCAR-ın üzən yanacaqdoldurma məntəqələrində digər yanacaqdoldurma məntəqələrində təklif olunan yanacaq növləri satılır.

Eləcə də bax: SOCAR-ın Türkiyədəki müəssisəsi Azərbaycana və qardaş ölkəyə mənfəət gətirəcək

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz