Azərbaycanda məhkəmə qərarlarının icrası sahəsində olduqca ciddi problemlər var, bu problemlər qanunsuluğun təmni olunmasına mane olmaqla yanaşı, məhkəmə sisteminə inamı və investorların ölkəyə marağını azaldır.
FED.az xəbər verir ki, bunu «Ata Holdinq»ın hüquq departamentinin direktoru Qorxmaz Ağayev mayın 6-da Bakıda keçirilən “Azərbaycanda məhkəmə-hüquq islahatları: Azərbaycanda Amerika Ticarət Palatası ilə ictimai müzakirələr” mövzusunda konfransda bildirib.
İcra sahəsindəki vəziyyət haqqında danışan hüquqşünas ölkə biznesinin bu sahədə qarşılaşdığı problemləri, baş verən qanunsuz halları və onların mümkün nəticələrini açıqlayıb.
Q.Ağayevin təqdimatında bildirilir ki, icra sahəsində əsas prbleilərdən biri - icra işinin statusu barədə operativ, hərtərəfli və onlayn məlumat almağın qeyri-mümkün olmasıdır: «Elektron məhkəmə sistemi tətbiq edildikdən sonra məhkəmələrdəki işlərlə bağlı bağlı məlumat almaq mümkündür, amma icra sistemində bu qeyri- mümkündür və həmişə çətinliklərlə üzləşirik».
Eləcə də bax: Nazirliyin tabeliyində bəzi qurumlar ləğv edilib və yeniləri yaradılıb
Belə ki, hüquqşünaslar fiziki olaraq icra şöbəsinə müraciət etməlidir: «Amma oradan məlumatı ala da bilər, almaya da bilər, bu məlumat yubana bilər, yəni bu məsələ əlavə məsrəflər hesabına başa gəlir».
Q.Ağayev bildirib ki, icra tədbirləri barədə tərəflərin rəsmi qaydada məlumatlandırılması davamlı və sistemli deyil: «Bu o deməkdir ki, icra məmurları çıxardığı qərarlar barədə heç də həmişə maraqlı tərəflələ zamanında məlumat vermirlər. Bu da nəticədə həmin icra işləri ilə bağlı gələcək mübahisə rəsklərini artırır».
Təqrimatda bildirilir ki, məhkəmə qərarları operativ, keyfiyyətli və tam icra edilmir, bəzən formal xarakter daşıyır: «Yəni bizm gördüyümüz ondan ibarətdir ki, icra məmurları sadəcə müəyyən müddətlərə riayət etməyə çalışırlar. Çalışırlar ki, statistik olaraq müəyyən nəticələr göstərsinlər, amma işin keyfiyyətində, yəni məhkəmə qərarlarının tam icrasında ciddi problemlər var».
Ekspert bildirir ki, məhkəmə qərarının icra müddəti bitdikdən sonra icra xidməti bu işləri kütləvi sürətlə ya məhkəməyə geri qaytarır, ya da digər prosedurlara yol verirlər: «İşlərin məcburi müddətləri təbii ki, pozulur, xüsusilə də qiymətləndirmə və hərrac sistemində daha tez-tez rast gəlinir, süründürməçilik halları da, dövlət başçısının fərmanda da deyildiyi kimi, baş verir».
Q.Ağayev bildirir ki, icra xidmətlərinin göstərilməsi üçün qanunsuz bəzi ödənişlər də alınır: «Belə hallar da var».
Ekspert bildirir ki, borclunun əmlakı aşkar edilmədiyi hallarda icra işlərindən kütləi şəkildə imtinalar edilir: «Qanunda mexanizmlər var ki, əgər cavabdehin əmlakı aşkar edilməyibsə, icra məmurunun hüququ var ki, onu geri qaytarsın. İcra məmurları da bu məqamdın sui-istifadə edirlər».
Bundan başqa, icra üzrə tələbkarın hüquqlarının həyata keçirilməsində də süni maneələr var: «Yəni tərəfər bir anlaşmaya gəlirlərsə ki, icra prosesini davam etdirmək istəmirlər, belə olan halda icra məmurunun dəstəyini almaq çox çətin olur».
Digər mühüm problem: borc bir icra üsulu ilə icra eildikdən sonra yerdə qalan borcun icra edilməsi faktiki və hüquqi yollarla yayındırıır: «Yəni hər hansı əmlaka tələb yönəldilir, o məhkəmə qaydasında satıldıqdan sonra (və satışdan gələn pul borcu bağlımırsa) yerdə qalan borcun ödətdirilməsi ilə bağlı hüquqi olaraq heç bir tədbir görmək mümkün olmur. İş qalır, məcbur olursan, yenidən məhkəmə işi başlayırsan. Ya da bu faktiki olaraq qeyri-mümkün olur. Ya da izah edirlər ki, «nə mənası var, pulunu almısan da, sonadək getmək mümkün deyil və sair».
Ölkədən çıxışa məhdudiyyət qoyulması və onun götürülməsi hallarında da qeyri-obyektivliyə yol verilir: «Qanuna görə, ölkədən çıxışa məhdudiyyəti məhkəməyə qoyur, qadağanın götürülməsi isə icra məmurunun qərarı ilə olur».
Ciddi problemlərdən biri hərraca gedən əmlakların qiymətəndirilməsi və satışı ilə bağlıdır: «Əmlaka qiymət qoyulması formal xaraker daşıyır, heç əmlakı görmədən həmin əmlaklara qiymət qoyulur».
Əsas məqam: əmlaka qiymət qoyacaq şirkət və hərracı keçirən şirkəti icra xidməti təyin edir: «Qiyətəndirici şirkət icra məmurları tərəfindən təyin edilir, qiymət də bazar şərtlərindən yuxarı olur, bu da sonradan icradan, qiymətləndirmədən şikayətlər üçün əsaslar verir».
Hərrac sahəsində də eyni vəziyyətdir: «Hərracları da icra məmurları tərəfindən təyin edilmiş şirkətlər keçirir. Hərracın nəticəsi barədə məlumata çıxışlar yoxdur. Əmlakın hərracda satılmasına görə əlavə 5% hərrac haqqı tutulur. Nəticədə bu məbləğ məhz iddiaçı tərəfinin üzərinə qoyulur. Cavabdeh tərəf heç bir ödəniş etmir».
Bundan başqa, əmlak satılandan onra yenə də borc qalırsa, həmin əmlakın iddiaçının adına keçirilməsində hüquqi əngəllər olur: «Qanuna görə mülkiyyət hüuqunun qeydiyatı üçün hərrac protokolu əsasdır, amma bəzi hüquqi əngəllər yaradılır».
Q.Ağayev bildiri bki, bu vəziyyətin yaratdığı nəticələr odur ki, cavabdeh hüquq məsuliyyətinə cəlb edilməmiş qalır, iddiaçıya vurulan zərər kompensasiya edilmir, qüvvəyə minmiş məhkəmə qərarı icra edilmir: «Yəni bu risklərin əsas nəticəsi odur ki, biz nə qədər məhkəmə sahəsində islahatlardan danışsaq da, məhkəmə qərarı icra edilmirsə, qərarın heç bir mənası olmur».
Məhkəmə qərarı icra edilmədikdə məhkəmə qurumlarının mübahisələrin həlli üçün effektiv rolu azalır və əhali daha çox alternativ həll yollarına müraciət etməyə başlayır: «Digər risk - məsuliyyətin labüd olmadığı şəraitdə qanunçuluğun təmin edilməməsi və hüquq pozuntularına meyllənmə riskləri artır».
Paralel risklərdən biri odur ki, icra xidmətləri birbaşa dövlət xidməti sayığdığına görə, dövətə qarşı iddia riskləri də artır: «İqtisadi rifah və dövlət gəlirlərinin əsas iştirakçısı olan yerli və xarici investorların belə şəraitdə fəaliyyət göstərmək üçün marağı azalır».
Xatırladaq ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları, müxtəlif biznes sahələrindən 150-dən çox təmsilçi və diplomatik korpusun nümayəndələri iştirak etmişdir.