02 may 2019 09:16

"Standard Lizinq"in xalis mənfəəti - 2 DƏFƏDƏN ÇOX ARTIB

“Standard Lizinq” MMC 2018-ci ili 1,56 milyon manat xalis mənfəətlə başa vurub. 
FED.az xəbər verir ki, şirkətin maliyyə hesabatına görə, bu, 2017-ci ilə nisbətən 2,05 dəfə çoxdur. 

Eləcə də bax: "Finex Kredit" BOKT-un xalis mənfəəti 4 dəfə artıb


Ötən il “Standard Lizinq”in maliyyə lizinqindən gəlirləri 132 min manat, debitor borcların dəyərsizləşməsi üzrə ehtiyatların bərpasından gəlirləri 1,295 milyon manat, əməliyyat lizinqindən gəlirləri 1,853 milyon manat, təxirə salınmış vergi ödəmələri üzgə gəlirləri 197 min manat, məzənnə fərqindən zərəri 12 min manat, digər zərəri 44 min manat, inzibati və sair əməliyyat xərcləri 1,729 milyon manat, mənfəət vergisi ödəmələri isə 132 min manat təşkil edib. 

Bu il yanvarın 1-nə “Standard Lizinq”in aktivləri 24,918 milyon manat olub ki, bu da illik müqayisədə 4,2% azdır. Bunun 15,176 milyon manatı investisiya mülkiyyətidir. 2018-ci ildə bu rəqəm 0,1% artıb. 

Hesabat dövründə şirkətin öhdəlikləri 10,9% azalaraq 14,61 milyon manata düşüb. Bunun 11,739 milyon manatı müddətli borc öhdəlikləridir. Ötən il bu rəqəm 12,2% azalıb. 
İl ərzində “Standard Lizinq”in balans kapitalı isə 7,3% artaraq 10,308 milyon manata çatıb. 

"Standard Lizinq" 2006-cı ildə, 4,015 milyon manatlıq nizamnamə kapitalı ilə fəaliyyətə başlayıb. Şirkətin təsisçiləri 99,998%-lik payla "AB Standard" QSC-yə daxil olan "Standard Kapital" MMC (qiymətli kağızlar bazarındakı yeni qaydalarla əlaqədar fəaliyyətini dondurub) və 0,002%-lik payla adı çəkilən holdinqdir. 

Eləcə də bax: Ofisiantlar, ustalar, bərbərlər, fotoqraflar və toy musiqiçiləri - CƏRİMƏLƏNƏCƏK - YENİ QAYDA


© Renkinq

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz