25 aprel 2019 14:27

"Neftçilər" xəstəxanasına yeni baş direktor - TƏYİN EDİLDİ

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş direktor təyin olunub. 

FED.az xəbər verir ki, yeni direktor Nadir Mehdiyevdir. O, bundan əvvəl xəstəxanada direktor müavini vəzifəsində işləyib.

Xəbəri Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova təsdiqləyib. 

Qeyd edək ki, son illərdə xəstəxananın baş direktoru iki dəfə dəyişib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz