24 aprel 2019 14:39

Yeni baş direktor vəzifəsindən getdi

Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Ülvi Mirzəyevin öz istəyi ilə vəzifəsindən getdiyi bildirilir.

FED.az xəbər verir ki, Ü.Mirzəyev bu vəzifəyə səhiyyə naziri Oqtay Şirəliyevin ötən il oktyabrın 1-də imzaladığı əmrlə təyin olunmuşdu.

Qeyd edək ki, Ülvi Mirzəyev ixtisasca kardioloqdur. O, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Kardiologiya Cəmiyyətinin İnvaziv işçi qrupunun rəhbəridir. 

Baş direktorun istefası Mərkəzi Neftçilər Xəstəxanasında ilk belə hadisə deyil. Ülvi Mirzəyevdən əvvəlki baş direktor Hikmәt Hәsәnov da öz istəyi ilə işdən getmişdi.

Eləcə də bax: 120 manat ödəməklə il ərzində - TAM TİBBİ YARDIM - YENİLİK
 

© Medicina

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz