21 aprel 2019 20:38

Milyardlarla pulu var, istifadə etdiyi telefona bax - FOTO

Dünyanın ən varlı adamlarından biri, milyardçı UorrenBaffet qiyməti cəmi 20 dollar olan telefondan istifadə edir.

FED.az xəbər verir ki, dünyanın ən məşhur investor kapitalistlərindən olan Baffet bir sıra məşhur şirkətlərin səhmlərinə, o cümlədən Apple şirkətinin səhmlərinin 5,5%-nə sahibdir. Amma Baffet gündəlik həyatda «Apple»in tanınmış modellərinin əvəzinə, «Samsung»un köhnə modellərindən biri olan «SCH-U320» telefonunu istifadə edir. 

«CNBC»nin xəbərinə görə, ən böyük şirkətlərdə payı olan Baffetin hansı səbəbdən sonra model telefon istifadə etmədiyi bilinmir. Bununla yanaşı, bildirilir ki, Baffet səhm bazarını izləyərkən «iPad»dan istifadə edir. Milyardçının özü də bu məsələyə münasibətini açıqlayıb. Telefonunu göstərən Baffet telefonunun köhnəliyinə işarə edərək «Alexander Graham Bell» (telefonu kəşf etmiş amerikalı) bu telefonu mənə baxmağa verdi amma qaytarmağı unutmuşam»deyib. 

Qeyd edək ki, U.Baffet milyardçılar arasında həm investor fəaliyyətində həm də həyat tərzində mühafizəkarlığa meyli ilə tanınır. O bir qayda olaraq maliyyə bazarında ehtiyatla davranır və öz yatırım qaydalarını pozmur, eləcə də on illər bundan əvvəl aldığı evdə yaşayır və bir qayda olaraq mağazalardakı endirimlər zamanı ticarət edir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz