17 aprel 2019 11:34

Azərbaycanlılar bu ölkədə 3 ayda 287 mənzil alıblar

Türkiyədə mənzil alan azərbaycanlılar artmaqda davam edir.

FED.az xəbər verir ki, Türkiyənin Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin Mart ayında azərbaycanlılar Türkiyədə 87 mənzil alıblar. 2018-ci ilin Mart ayında azərbaycanlılar Türkiyədə 61 mənzil almışdılar.

2019-cu ilin Yanvar-Mart dövründə isə azərbaycanlılar Türkiyədə 287 mənzil alıblar. 2018-ci ilin eyni dövründə bu say189 idi. 

2018-ci ildə azərbaycanlılar Türkiyədə 1250 mənzil alıblar. 2017-ci ilin 12 ayında bu say 942 mənzil idi.

Azərbaycanlılar Türkiyədən ən çox mənzil alan xaricilər arasında 11-ci yedədir.

Eləcə də bax: Türkiyədə evi necə almaq olar? - ŞƏRTLƏR

©Marja

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz