Maliyyə Bazarlarına Nəzarət Palatası “Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları”nı təsdiq edib.
FED.az xəbər verir ki, sənədi Palatanın İdarə Heyəti sədri İbrahim Alışov imzalayıb.
Yeni sənədə görə, bankın sistem əhəmiyyətliliyi aşağıdakı cədvəldə verilmiş göstəricilər (kateqoriya, indikatorlar və həmin indikatorlara verilmiş xüsusi çəkilər) vasitəsilə qiymətləndirilir:
Eləcə də bax: Problemli kreditlərin həlli borcluların korlanmış kredit tarixçəsini düzəldəcəkmi?
Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi
Meyarları
1. Ümumi müddəalar
1.1. Bu Meyarlar “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – Qanun) 57-9.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların və xarici bankların yerli filiallarının (bundan sonra - banklar) sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi meyarlarını müəyyən edir.
1.2. Bu Meyarlarda istifadə olunan anlayışlar Qanunda verilən mənaları ifadə edir.
2. Sistem əhəmiyyətliliyinin müəyyən edilməsi
2.1. Bankın sistem əhəmiyyətliliyi aşağıdakı cədvəldə verilmiş göstəricilər (kateqoriya, indikatorlar və həmin indikatorlara verilmiş xüsusi çəkilər) vasitəsiləqiymətləndirilir:
N | Kateqoriya | İndikator | Xüsusi çəki (%) |
1. | Ölçü | Cəmi aktivlər | 40 |
2. | Şaxələnmə | Bankın maliyyə təşkilatları qarşısındakı öhdəlikləri | 6.67 |
Bankın maliyyə təşkilatlarında yerləşdirdiyi aktivləri | 6.67 | ||
Qiymətli kağızlar üzrə öhdəliklər | 6.67 | ||
3. | Əvəzolunmazlıq | ödəniş sistemləri vasitəsiləaparılan əməliyyatlar | 20 |
4. | Mürəkkəblik | Birjadankənar törəmə maliyyəalətləri | 10 |
Ticarət məqsədləri üçün nəzərdətutulan qiymətli kağızlar | 10 |
2.2. Bankın sistem əhəmiyyətliliyinin müəyyən edilməsi üçün indikatorlar üzrə aşağıdakı maliyyə göstəricilərindən istifadə olunur:
2.2.1. cəmi aktivlər - bankların leverec əmsalının hesablanmasında istifadə olunan xalis aktiv və balansdankənar öhdəliklərinin cəmi;
2.2.2. Bankın maliyyə təşkilatları qarşısındakı öhdəlikləri – banklar, bank olmayan kredit təşkilatları, lizinq, sığorta, faktorinq, lombard təşkilatları və digər oxşar təşkilatlar qarşısında olan öhdəliklər;
2.2.3. Bankın maliyyə təşkilatlarında yerləşdirdiyi aktivləri – banklar, bank olmayan kredit təşkilatları, lizinq, sığorta, faktorinq, lombard təşkilatları və digər oxşar təşkilatlara qarşı tələblər;
2.2.4. qiymətli kağızlar üzrə öhdəliklər - banklar tərəfindən buraxılmış qiymətli kağızlar;
2.2.5. ödəniş sistemləri vasitəsilə aparılan əməliyyatlar - AZİPS (Real Vaxt Rejimində Hesablaşmalar Sistemi) üzərindən aparılmış əməliyyatlar;
2.2.6. birjadankənar törəmə maliyyə alətləri - birjadankənar ticarət edilən törəmə maliyyə alətlərinin (fyuçers, opsion və svop) əvvəlcədən müəyyən olunmuş qiymətləqalıq dəyəri;
2.2.7. ticarət məqsədləri üçün nəzərdə tutulan qiymətli kağızlar - ticarət üçün saxlanılan qiymətli kağızların ümumi dəyəri.
2.3. Bu Qaydaların 2.1-ci bəndindəki göstəricilərdən istifadə etməklə hər bir bank üzrə sistem əhəmiyyətliliyi indeksi aşağıdakı düsturla hesablanır:
burada,
SII – bankın sistem əhəmiyyətliliyi indeksi;
– bankın indikator üzrə ilin sonuna olan göstəricisi;
– indikatorun bütün banklar üzrə ilin sonuna olan məcmu göstəricisi;
– hər bir indikatora verilmiş xüsusi çəki;
n – qiymətləndirilmiş indikatorların sayı.
2.4. Bankların 75%-dən çoxunda mövcud olmayan indikatorlar sistem əhəmiyyətliliyi indeksinin hesablanması zamanı ümumi qiymətləndirmədə nəzərə alınmır. Bu zaman digər indikatorların çəki dərəcələri məcmu çəkidən (100%) nəzərə alınmayan indikatorun çəki dərəcələrinin fərqinə bölünməklə müəyyən edilir.
2.5. Bankın sistem əhəmiyyətliliyi hər il üçün əvvəlki ilin sonuna olan maliyyə nəticələrinə əsasən qiymətləndirilir.
2.6. Bankın sistem əhəmiyyətliliyi aşağıdakı mərhələlər əsasında müəyyən edilir:
2.6.1. hər bir bank üzrə sistem əhəmiyyətliliyi indeksi hesablandıqdan sonra, həmin indeks 420 baza bəndi ilə müqayisə olunur;
2.6.2. Yekun sistem əhəmiyyətliliyi indeksinin nəticələri 420 baza bəndindən yüksək olan banklar sistem əhəmiyyətli bank siyahısına aid edilir.
2.7. Sistem əhəmiyyətli bankların siyahısı hər il 1 mart tarixinədək Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə təsdiq edilir.
2.8. Qərar qəbul edildiyi tarixdən 5 (beş) iş günü ərzində bu barədə məlumat müvafiq sistem əhəmiyyətli banka, Azərbaycan Respublikasının Mərkəzi Bankına vəAzərbaycan Respublikasının Maliyyə Nazirliyinə elektron və poçt bildirişi ilə göndərilir.