28 mart 2019 15:08

Tovuzda küçələrin işıqlandırılması üçün - TENDER ELANI

Tovuz Rayon İcra Hakimiyyəti Başçısının Tovuz Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2019-cu il üçün AÇIQ TENDER ELAN EDİR

FED.az TENDER xəbər verir ki, tender 2 lot üzrə keçiriləcək.

Lot-1. Tovuz şəhəri küçələrinin abadlaşdırılması üçün küçə işıqlarının quraşdırılmasının satınalınması.
Lot-2. Küçələrin işıqlandırılması üçün ­elektrik ləvazimatlarının satınalınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 80 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Tovuz şəhəri, Şəhriyar küçəsi 3 nömrəli ünvandan (əlaqələndirici şəxs- Əsgərov Vəfalı Cəfər oğlundan, telefon- 5-45-61) ala bilərlər.

Təşkilat- Tovuz Şəhəri İƏD üzrə Nümayəndəliyi
Tovuz – YXO
Hh- 32051019448200201182
VÖEN- 7300102661
Bank- “Kapital Bank”ın Tovuz filialı
Kod- 200822
VÖEN- 9900003611
Mh- 50371550
SWİFT BİK AIIB AZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
- iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Görülən işlər təqdim olunmuş cədvələ əsasən yerinə yetirilməlidir. Sənədlər Azərbaycan dilində, iki nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satın¬almaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 16 aprel 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 24 aprel 2019-cu il saat 17.00-a qədər Tovuz Şəhər İƏD üzrə Nümayəndəliyinə (ünvan- Tovuz şəhəri, Şəhriyar küçəsi 3) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklif zərfləri 25 aprel 2019-cu il saat 15.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz