10 mart 2019 19:15

Puşkinin törəməsi necə milyardçı oldu – BİZNES TARİXİ

Dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin kötücəsi  - 25 yaşlı Hyu Riçard Lui Qrosvenor ulu babalarının əmlakı sayəsində dünyanın ən gənc milyarderi olub. FED.AZ BİZNES TARİXİ xəbər verir ki, o atasınin, Vestminster Hersoqu Cerald Qrosvenorun ölümündən sonra bütün ailə biznesinin və aktivlərinin sahibinə çevrilib.
Eləcə də bax: Londonun gizli, funtlu milyarder gildiyaları

Növbəti Vestminster Hersoquna çevrilmiş Hyu Riçard Lui Qrosvenor, atasının qəfləti vəfatından dərhal sonra Bloomberg agentliyi tərəfindən milyarderlər siyahısına daxil edilib. 25 yaşlə gəncin varidatı 12,3 milyard dollar təşkil edir ki, bu da ona dünyadakı ən varlı 400 nəfər arasında ən gənc milyardçı olmağa imkan verib. 
Eləcə də bax: arixdə ən uğursuz əmlak müqaviləsi - BİZNES TARİXİ

Grosvenorlər ailəsinin yüksəlişi və varlanması 340 il bundan əvvəl - 1677-ci ildən başlayır. Həmin il ser Tomas Qrosvenor 12 yaşlı varlı vərəsə olan Meri Devislə ailə quraraq Londonun mərkəzində sahəsi 500 akr (202 hektar) olan torpaq sahəsinə sahibləndi. Həmin vaxt bu ərazi bataqlıq, otlaq yeri və meyvə bağları idi. Həmin torpaqlar indi də Qrosvenorlar ailəsinə məxsusdur, sadəcə indi bu ərazilərdə bataqlıq yox, Londonun ən varlı məhəllələri sayılan - Belqravia və Meyfeyr yerləşir.
Qrosvenorlar ailəsi həmin torpaqlara sahiblənəndən sonra burada daşınmaz əmlak inşa edib. Ötən 340 il ərzində ailənin aktivləri və var-dövlətləri 12,3 mlrd. dollara qədər artıb. Ailə Britaniyada müxtəlif başqa biznes növləri ilə də məşğul olur. Hələ 1677-ci ildə əsası qoyulan “Grosvenor Estate” yatırım şirkətləri bu gün də fəaliyyət göstərir, Britaniyanın ən iri şirkətlərindən biridir.
 
Mərhum lord Ğerald Qrosvenor həyat yoldası - Puşkinin kötücəsi - Natalya və qızı Viola ilə

Yeni gənc milyarder Hugh Richard Louis Grosvenor dahi rus şairi Puşkinin nəslindən gəlir - Puşkinin qızı Natalya alman Vilhelm Nassau ilə ailə qurub, onların qızı Sofiya isə Rus Çarı 1-ci Nikolayın nəvəsi Knyaz Mixayil Romanovla ailə qurub. Onlar Londonda məskunlaşıb, qızları Anastasya Britaniyanın “almaz kralı” sayılan Vaqnerlə ailə qurub. Həmin cütlüyün nəvəsi isə yeni gənc milyarderin anasıdır.
Belə ki, 1978-ci ildə ata Hyu – Cerald Qrosvenor Nataliya Aişe Filipslə ailə qurub. Puşkin nəslinin davamçısı olan Nataliya xanım gənc milyarderin anasıdır.
Eləcə də bax: Pulları indiyədək İsveçrə bankında qalan milyonçumuz – BİZNES TARİXİ

 
Qrosvenorlar ailəsi Britaniya taxt-tacı və kral ailəsi ilə də qohumdur. Gənc Hyu şahzadə Uilyam və Keyt Middltonun oğlu şahzadə Corcun «xaç atası»dır. 
 
Qrosvenorlar ailəsi Britaniya taxt-tacı və kral ailəsi ilə də qohumdur

Qrosvenor ailəsinin var-dövləti o qədər böyükdür ki, 1933-cü ildə ölkə parlamenti bu barədə xüsusi qanun – “Grosvenor Estate Act”da qəbul edib. Qanunda digər məsələlərlə yanaşı, o da nəzərdə tutulub ki, ailənin əmlakı nəslin kişi davamçılarına çatır. Məhz buna görə, atasına məxsus olan varidat Nyu Riçardın anasına və ya 3 bacısına deyil, özünə çatıb.
Eləcə də bax: Məşhur iş adamı ABŞ prezidentini necə aldatdı? - PAYTAXTLARIN TARİXİ

«Bloomberg»in məlumatına görə, yeni milyardçının varidatının 8,7 milyard dolları daşınmaz əmlakın payına düşür. Bundan 3,8 milyard funt-sterlinqi dəyərində olan əmlak İngiltərə və İrlandiyada, 982 milyon funtluq əmlak Şimali və Cənubi Amerikada, 601 milyon funtluq əmlak Asiya-Sakit Okean regionundadır. Daşınmaz əmlaka birbaşa olmayan əmlakların dəyəri isə 1,3 milyard funt sterlinqdir.
Şirkətin 60 şəhərdə ofisi var, bu ofislərdə 567 nəfər çalışır. Ümumilikdə Qrosvenorlar ailəsi  1 550 daşınmaz əmlak obyektinə sahiblik edir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz