22 fevral 2019 12:28

«Rusiyadakı iş adamları ilə görüşmüşük» – İCRA HAKİMİYYƏTİNDƏN AÇIQLAMA

Azərbaycanda bəzi icra hakimiyyətləri rayona vəsait cəlb etmək üçün xaricdə, o cümlədən Rusiyada yaşayan həmyerləlirimizi cəlb etmək istəyirlər. Bunlardan biri də Sabirabad rayonudur.

FED.az REGİONLAR müxtəlif bölgələrdə biznes üçün yaradılan  imkanları araşdırır.

Azərbaycanda rayonlar arasında özəl sektorun payı ən az olan, yeni yaradılan iş yerlərinin sayına görə isə digər rayonlar arasında birinci olan rayon Sabirabaddır. Dövlət Statistika Komitəsinin ötən ilin 9 ayı üçün FED.az-a təqdim etdiyi məlumata görə, Sabirabadda özəl sektorun payı 5,74%-dir http://fed.az/az/news/read/54206, yeni açılan iş yerlərinin sayına (23 557) görə isə Bakıdan sonra 2-ci dir. http://fed.az/az/news/read/52802

Rayonda sahibkarlar üçün yaradılan şərait haqqında FED.az-ın suallarına Sabirabad İcra Hakimiyətinin başçısının müavini, həmçinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Həsənov cavablandırıb.

Eləcə də bax: «Kimin imkanı varsa, iş qurmaq üçün rayona dəvət edirik» - İCRA HAKİMİYYƏTİ

Yeni Komplekslər tikilir

Vahid Hsənov bildirib ki, hal-hazırda rayonda sahibkarlar üçün sərfəli təklif yeni tikilən Sənaye Kompleksi ola bilər.Bu Kompleks Dövlət İnvestisiya Şirkəti tərəfindən tikilir və içərisində hər cür şərait yaradılır. İndidən kompleksdə iş qurmaq üçün müraciət edən sahibkarlar da var. Müraciət edənlər xalçaçılıq, yun emalı və soxulcan peyinin istehsalı da nəzərdə tutulub. Bu Kopleks 20,3 ha sahəni əhatə edir. Sənaye Kompleksinin tikintisi bu ilin iyun-iyul aylarında başa çatacaq.

Rayonun Bulaqlı kəndində Heyvandarlıq Kompleksi tikilir. Bu kopleksin inşası  2-3 aya qurtaracaq. Burada iri buynuzlu ətlik və südlük heyvanlar olacaq və nəticədə  30-40 nəfər üçün də yeni iş yeri açılacaq.

Eləcə də bax: İcra Hakimiyyəti: İş qurmaq istəyənlərə torpaq verməyə hazırıq

Xaricdə yaşayanlarla görüş keçiririk

V.Həsənov deyib ki, icra hakimiyyəti Rusiyada yaşayan sabirabadlıların da rayona pul yatırmasına çalışıb: «Onlarla fərdi görüş keçirilib, nəticədə YDM, şadlıq evi, Kür-Araz moteli tikənlər olub. Rayondakı şirə zavodunun məhsulları isə Ukrayna, Rusiya, Baltikyanı ölkələrə ixrac olunur.

 

Gəlib yeni iş yerləri açsınlar

Yuxarıda qeyd edildiyi kimi, Sabirabad iş yerlərinin azlığından başqa rayonlar qədər əziyyət çəkmir. Bir qədər əvvəl FED.az-ın aparığı araşdırma zamanı məlum olub ki, 2018-in ilk 9 ayında rayonda 23 min yeni iş yeri yaradılıb. Və rayon bu göstərici ilə Bakıdan sonra respublikada ikinci yeri tutur. İcra hakimiyyəti bildirir ki, sahibkarların rayonda iş qurum iş yeri açmalarına çalışılır: «Biz maraqlı tərəfik ki, gəlib rayonda sahibkarlıqla məşğul olsunlar və yeni iş yerləri açılsın».

Hazırda ən sürətlə inkişaf edən sahə parniklərin tikintisidir: «Ötən il Sabirabaddan Rusiyaya 16-17 min  ton pomidor göndərilib. Yeni parniklərin tikilməsi üçün isə 4-5 ha torpaq sahəsi də verilib».

Eləcə də bax: Azərbaycanda ən çox və ən az maaş olan - RAYONLAR – SİYAHI

Gəlib pambıq zavodu açsınlar

İcra hakimiyyəti başçısının müavini deyir ki, hazırda rayonda pambıq istehsalı artsa da, cəmi 1 pambıq zavodu fəaliyyət göstərir: «Amma 3-4 şirkət bizdən pambıq götürür. Buna görə də əlavə pambıq zavodunun tikilməsinə ehtiyac var».

 

Ötən il 1 milyon manat kredit verilib

V.Həsənovun sözlərinə görə, fəaliyyətini dayandıran sahibkarlar demək olar ki, yoxdur. Əvəzində kredit üçün müraciət edənlər var: «İqtisadiyyat Nazirliynə müraciət edirik, kredit edilsin və onlar fəaliyyətinə davam etdirsinlər. Təkcə ötən il sahibkarlıqla məşğul olmaq istəyənlərər 1 milyon manat yaxın kredit verilib».

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz