25 yanvar 2019 18:49

8,8 milyon manat ayırdı - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmir rayonunun Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
ELƏCƏ DƏ BAX: Prezident şəxsi hesabına Rusiyada məscidi bərpa etdirib
 
FED.az-ın məlumatına görə, sərəncama əsasən,  6ı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz