11 yanvar 2019 17:21

Hacıqabulda tenderləri kimlər udur? – ADLAR, MƏBLƏĞLƏR

Hacıqabul rayonunda 2018-ci ildə dövlət təşkilatları tərəfindən keçirilən tenderlərin qalibləri açıqlanıb.
 

FED.az TENDER xəbər verir ki, Hacıqabulda 2018-ci ildə 13 tender keçirilib. Bu tenderlərin ümumi məbləği 1 mln 194 min 796 manat təşkil edib.

Eləcə də bax: Lənkəranda dövlət  tenderlərini  kimlər udur? – ADLAR, MƏBLƏĞLƏR

 
Ən yüksək məbləğdə müqavilə Hacıqabul İcra Hakimiyyəti ilə “İnşaatçı-S” MMC arasında bağlanan 503 min 524 manat dəyərində olan 3 müqavilə olub. Bu müqavilələrin ümumi məbləğdə payı 42,14% təşkil edir.
 
Ən aşağı məbləğdə bağlanan müqavilə “Santral Elektrik Ltd” MMC ilə rayonun Maliyyə Şöbəsi arasında 10 min manat dəyərində imzalanan müqavilə olub.
 
Ən çox müqavilə bağlanılan şirkətlər bunlardır : “İntellekt-1” MMC ilə Hacıqabul Rayon Komunal Müəssisələri İdarəsi bağlanan 22 min 155 manat dəyərində olan 3 müqavilə və “Saturn-014” MMC ilə Hacıqabul Suvarma Sistemləri İdarəsi ilə imzalanan 232 min 702 manat məbləğində olan 3 müqavilə.
 

Satınalan təşkilatın adı Malgöndərən təşkilatın adı(podratçı) Müqavilənin predmeti Məbləğ
Hacıqabul Rayon Komunal Müəssisələri İdarəsi İntellekt-1 MMC
(29.10.2018)
Xüsusi geyim və təsərrüfat inventarları 7 401
Hacıqabul Rayon Mənzil İstismar Sahəsi İntellekt-1 MMC
(29.10.2018)
Xüsusi geyim və təsərrüfat inventarları 7 182
Hacıqabul Rayon 1 saylı Mənzil İstismar Sahəsi İntellekt-1 MMC
(29.10.2018)
Xüsusi geyim və təsərrüfat inventarları 7 572
Hacıqabul Rayon Yaşıllaşdırma və Abadlıq İşləri Sahəsi F/Ş: Bağırlı Əkbər Əlikram oğlu (VÖEN 2100576402)
(04.10.2018)
Əkin materiaları, xüsusi geyim və təsərrüfat malları 22 311
Hacıqabul Rayon İcra Hakimiyyəti Evro Təchizat MMC
(15.10.2018)
Abadlıq işləri 14 000
Hacıqabul Rayonu üzrə Maliyyə Şöbəsi Santral Elektrik Ltd MMC
(24.07.2018)
Maşın və avadanlıqlar 10 000
Hacıqabul Rayon İcra Hakimiyyəti Muğan-KİTT Şirkəti MMC
(16.04.2018)
Yolların əsaslı təmiri işləri 390 104
Hacıqabul Rayon İcra Hakimiyyəti İnşaatçı-S MMC
(13.04.2018)
Mənzil fondunun əsaslı təmiri işləri 69 272
Hacıqabul Rayon İcra Hakimiyyəti İnşaatçı-S MMC
(13.04.2018)
Abadlıq işləri 219 206
Hacıqabul Suvarma Sistemləri İdarəsi Saturn-014 MMC
(05.03.2018)
Nasos və elektrik avadanlıqlarının təmiri üçün mal-material və ehtiyat hissələri 60 012
Hacıqabul Suvarma Sistemləri İdarəsi Saturn-014 MMC
(05.03.2018)
Maşın-mexanizmlər üçün ehtiyat hissələri 100 407
Hacıqabul Suvarma Sistemləri İdarəsi Saturn-014 MMC
(05.03.2018)
Təmir işləri üçün tikinti materialları 72 283
Hacıqabul Rayon İcra Hakimiyyəti İnşaatçı-S MMC
(19.01.2018)
Hacıqabul şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və fasad hissəsinin təmiri işləri 215 046
 
 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz