08 yanvar 2019 18:52

4,4 milyon ayırdı – SƏRƏNCAM

Prezident İlham Əliyev “Balakən rayonunun Balakən–Qazbinə–İtitala avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
 
ELƏCƏ DƏ BAX: Mingəçevir–Beyləqan yolu tikiləcək - BÖYÜK MƏBLƏĞDƏ PUL AYRILDI
 
FED.az-ın məlumatına görə, sərəncama əsasən 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən–Qazbinə–İtitala avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
 
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz