07 yanvar 2019 07:59

Özbəkistan 109 ölkənin vətəndaşına yaşamaq hüququ verəcək - ŞƏRTLƏR

Bundan sonra 109 ölkənin vətəndaşı Özbəkistanda əmlak aldıqda, avtomatik olaraq o şəxsə və ailəsinə ölkədə yaşamaq hüququ veriləcək.

FED.az xəbər verir ki, bununla bağlı fərmanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev imzalayıb.

Mətbuatda bu ölkələrin siyahısı da çap olunub və burada Azərbaycanın da adı var.

Fərmanda əmlak almağın şərtləri də verilib.

Eləcə də bax: Türkiyə vətəndaşlığı almaq - QAYDASI DƏYİŞİR

Daşkənd şəhəri və vilayətində 400, Səmərqənd, Buxara, Namanqan, Əndican və Xarəzm vilayətlərində 200, Qaraqalpaq Respublikası və digər vilayətlərdə isə 100 min dollarlıq əmlak aldıqda, fərman o şəxslərə şamil edilir.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz