05 yanvar 2019 14:12

Sabirabadda dövlət  tenderlərini kim udur? – ADLAR, MƏBLƏĞLƏR

Sabirabad rayonunda keçirilən tenderlərin qalibi məlum olub.

FED.az TENDER xəbər verir ki, 2018-ci il ərzində rayonda qurumlar tərəfindən 15 tender keçirilib. Bu tenderlərin ümumi məbləği 1 mln 195 min 617 manat təşkil eidb.

Ən çox tender keçirən təşkilat  Sabirabad Regional Mədəniyyət İdarəsi olub. Bu təşkilatın xətti ilə ümumi məbləği 499 min 158 manat olan 10 tender keçirilib. Və maraqlıdır ki, 9 tenderin qalibi Azərbaycanda dövlət tendrləri üzrə “Çenpion” olan  “İnpeks.N” MMC şirkəti qalib gəlib. Tenderlərin yekununa görə, həmin şirkətlə ümumi məbləği 398 min 186 manat dəyərində olan 9 müqavilə bağlanıb. Qalan 1 müqavilə isə “Piramida-F.R” MMC ilə 100 min 972 manat dəyərində bağlanan müqavilə olub.


Eləcə də bax: Mingəçevirdə dövlət tenderlərini kim udur? – SİYAHI, MƏBLƏĞLƏR

Rayonda 3 tenderi isə Sabirabad İcra Hakimiyyəti keçirib. Ümumi məbləği 686 min 913 manat olan bu tenderləri də cəmi 1 şirkət - “Eleqant F Qroup” MMC qazanıb.

Rayonda ən kiçik məbləğli tenderi (9,5 min manat) Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi keçirib  və onun qalibi “Ceyhun-71” MMC olub.



 

Satınalan təşkilatın adı Malgöndərən təşkilatın adı(podratçı) Müqavilənin predmeti Məbləğ
Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi Ceyhun-71 MMC
(22.10.2018)
İnzibati binanın cari təmiri işləri 9 545
Sabirabad Regional Mədəniyyət İdarəsi Piramida-F.R MMC
(12.09.2018)
Sabirabad Regional Mədəniyyət İdarəsinə aid olan obyektlərdə cari təmir işləri 100 972
Sabirabad Regional Mədəniyyət İdarəsi İnpeks.N MMC
(08.06.2018)
Mətbəə xərcləri üzrə 8 585
Sabirabad Regional Mədəniyyət İdarəsi İnpeks.N MMC
(08.06.2018)
Kommunal və kommunikasiya xidməti ilə bağlı xərclər üzrə 33 000
Sabirabad Regional Mədəniyyət İdarəsi İnpeks.N MMC
(22.05.2018)
Dəftərxana və təsərrüfat malları 66 589
Sabirabad Regional Mədəniyyət İdarəsi İnpeks.N MMC
(22.05.2018)
Avadanlıqlar 61 641
Sabirabad Regional Mədəniyyət İdarəsi İnpeks.N MMC
(22.05.2018)
Bərk inventarlar 90 748
Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsi İnpeks.N MMC
(27.04.2018)
Digər maşın və avadanlıqlar 42 550
Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsi İnpeks.N MMC
(27.04.2018
Yumşaq inventarlar 27 823
Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsi İnpeks.N MMC
(27.04.2018
Sair xərclər üzrə 47 914
Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsi İnpeks.N MMC
(27.04.2018
İdarənin xərcləri üzrə 19 336
Sabirabad Rayon İcra Hakimiyyəti Sabirabad şəhər İƏD üzrə İcra Nümayəndəliyi Eleqant F Qroup MMC
(28.02.2018)
Mənzil fondunun əsaslı təmiri işləri 97 989
Sabirabad Rayon İcra Hakimiyyəti Sabirabad şəhər İƏD üzrə İcra Nümayəndəliyi Eleqant F Qroup MMC
(28.02.2018)
Yolların əsaslı təmiri işləri 198 078
Sabirabad Rayon İcra Hakimiyyəti Sabirabad şəhər İƏD üzrə İcra Nümayəndəliyi Eleqant F Qroup MMC
(28.02.2018)
Abadlıq işləri 390 846
 
 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz