04 yanvar 2019 13:38

Mingəçevirdə təmir  işləri – TENDER ELANI

 FED.az TENDER xəbər verir ki, MİNGƏÇEVİR ŞƏHƏR İCRA HAKİMİYYƏTİ AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 3 lot üzrə keçirilir:
lot 1 - Mənzil fondunun təmiri işləri
lot 2 - Abadlıq işləri
lot 3 - Yolların asfalt örtüyünün təmiri işləri


Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Mingəçevir, 20 Yanvar 146 (otaq 8) (Əlaqələndirici şəxs :Mustafayev Səfər Mustafa oğlu, telefon :(024-) 275-41-95) ünvanından ala bilərlər .

İştirak haqqı
lot 1 - 150 manat 
lot 2 - 200 manat 
lot 3 - 250 manat 

 

Hesab: AZ21AIIB33010019442900225129
VÖEN 2700120241
Bank: Kapital Bank Mingəçevir filialı 
Kodu: 200297
VÖEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: AIIBAZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
Tenderdə iştirak etmək üçün yazılı müraciət;
Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
Digər sənədlər:
 
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2019-02-01 10:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2019-02-14 10:00qədər Mingəçevir, 20 Yanvar 146 (otaq 8) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2019-02-15 10:00 tarixində Mingəçevir şəhəri 20 Yanvar küçəsi 146, otaq 8 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz