19 dekabr 2018 18:54

Prezident bu şəhərə 23 milyon ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev “Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
 
ELƏCƏ DƏ BAX: Prezidentdən icra başçısı barədə - SƏRƏNCAM
 
FED.az-ın məlumatına görə, sərəncama əsasən Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 23 milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
 
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz