14 noyabr 2018 21:12

Rayonda mal-qara sürətlə azalır – HESABAT  

Oğuz rayonunda mal-qara və qoyun-keçilərin sürətlə azalır.
 
FED.az-ın mılumatına görə, bu, Oğuz rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanovun 2018-ci ilin doqquz ayında Qğuz rayonunun sosial--iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair  hesabatında əksini tapıb.
 
ELƏCƏ DƏ BAX: 300 hektar yeni fındıq bağı salınacaq
 
E.  Qurbanov bildirib ki, 1 oktyabr 2018-ci il tarixə rayonda iri buynuzlu mal-qaranın sayı 22323 baş olub. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 8,2% azdır. Rayonda mövcud qoyun və keçilərin sayı 47963 baş olmuşdur. Bu, keçən  ilin müvafiq dövrünə nisbətən 10,7 % azdır. 1945 ton ət,11448 ton süd, 4125 min ədəd yumurta, 105,2 ton yun istehsal edilib. Keçən ilin müvafiq dövrünə nisbətən diri çəkidə ət istehsalı 73 ton (3,6 %), süd istehsalı 618 ton (5,1%), yun istehsalı 5,3 ton (4,8 %) azalıb, yumurta istehsalı 233 min ədəd (6,0%) artıb”.  
 
IH başçısı onu da qeyd edib ki, 2018-ci ilin 9 ayı ərzində 1053 baş mal – qarada süni mayalanma işləri aparılıb, bu sahədə görülən bütün işlərin elektron uçotu aparılaraq Kənd Təsərrüfatı Nazirliyinin elektron bazasına yerləşdirilib. Yeni doğulmuş 619 buzova 61900 manat məbləğində subidiya hesablanaraq istehsalçıların bank hesablarına köçürülüb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz