24 oktyabr 2018 08:46

Kəmaləddin Heydərovun görüşü təxirə salındı

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabr ayının 26-da Cəlilabad şəhərində vətəndaşları qəbul etməli idi.

FED.az xəbər verir ki, qurumun mətbuat xidməti bu görüşün təxirə salındığı haqda açıqlama yayıb. Xəbərdə deyilir ki, vətəndaşların qəbul tarixi dəyişdirilib. Lakin yeni vaxt hələlik açıqlanmayıb.

Bildirilib ki, qəbulun tarixi barədə əlavə məlumat veriləcək.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz