15 oktyabr 2018 19:42

Lənkəran-Lerik yolu yenidən qurulacaq - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

FED.az xəbər verir ki, Sərəncama əsasən, Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması işlərinin davam etdirilməsi məqsədi ilə dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,2 milyon manat ayrılıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz