24 sentyabr 2018 22:36

Tikinti materiallarının dəyəri artıb

2018-ci ilin yanvar-avqust aylarında tikinti materialları istehsalı sahəsində fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi  məhsulun ümumi dəyəri 31,7%  artaraq 382,9 milyon manat olub.

Dövlət Statistika Komitəsindən FED-az-a verilən məlumata görə, hörmə üçün hazır beton qarışığı istehsalı 2,1 dəfə, tikinti əhəngi və sement istehsalı 21,4 faiz, tikinti kərpici istehsalı isə 0,5 faiz artıb.

Eyni zamanda, tikinti gipsi istehsalında 39,5 faiz, betondan yığma tikinti konstruksiyaları istehsalında 57,5 faiz azalma qeydə alınıb.


.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz