13 sentyabr 2018 22:01

Bu rayonda kartof yığımı 2,4 dəfə artıb 

Samux rayonunun təsərrüfatlarında bu mövsümdə 238 hektar sahədə kartof yığımı aparılıb.

FED.az xəbər verir ki, bu barədə Samux rayon Statistika İdarəsinin rəisi Gündüz Bayramov məlumat verib. Bildirib ki, yığılan kartofun 174 hektarı əhali təsərrüfatlarında, 64 hektarı isə kənd təsərrüfatı müəssisələrində becərilib.

Bu il sahələrdən 2 min 615 ton məhsul yığıldığını deyən G.Bayramov qeyd edib ki, bu da əvvəlki ilə nisbətən 1081 ton və ya 70,4 faiz çoxdur. Məhsuldarlıq hər hektardan 109,9 sentner olub.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz