07 noyabr 2017 12:36

Həm artım, həm mənfəətlə çıxan bank - HESABAT

«NBCBank ASC» 2017-ci ilin yanvar-sentyabr ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

FED.az bankın rəsmi hesabatına əsasən məlumat verir ki, bu ilin 9 ay ərzində “NBCBank ASC”ın faiz gəlirləri ötən ilin sonuna olan göstəriciləri ilə müqayisədə 35,3% azalaraq 10,5 mln. manat, faiz xərcləri 31,9% azalaraq 4,7 mln. manat, qeyri-faiz gəliri 22,9% azalaraq 2,5 mln. manat, qeyri-faiz xərcləri 38,1% azalaraq 4,4 mln. manat təşkil edib.

“NBCBank ASC” bu ilin 9 ayını 2,5 mln. manat xalis mənfəətlə başa vurub

Cari ilin oktyabrın 1-nə bankın aktivləri 171,8 mln. manat olub ki, bu da 2016cı ilin sonu ilə müqayisədə 8,1% artıqdır. Bunun 127,9 mln. manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda bankın kredit portfelində 1,7% artım müşahidə olunub.

Kreditlərin 41%-i ticarət və xidmət sahələrinə, 36%-i fiziki şəxslər üçün kreditlərə,11%-i Bank və Maliyyə qurumlarına, 9%-i sənaye sahəsinə,2 %-i kənd təsərrüfatına ayrılıb.

Hesabat tarixinə bankın ümumi öhdəlikləri 9,3% artaraq 115,9 mln. manat təşkil edib ki, bunun da 71,3 mln. manatı müştərilərdən cəlb olunmuş depozitlərdir. Həmçinin son 9 ayda bankın depozit portfelində 5,5% artım müşahidə olunub.

Ötən ilin sonuna olan göstərici ilə müqayisədə bankın kapitalı 5,6% artaraq 55,9 mln. manat təşkil edib.

Buna da baxın: Çətinliklərə baxmayaraq mənfəətdədir – BANK HESABATI

Buna da baxın: Bu bankın da kapitalı «axsayır» - HESABAT

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz