07 noyabr 2017 08:56

Bu bankın da kapitalı «axsayır» - HESABAT

«AmrahBank» 2017-ci ilin yanvar-sentyabr ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
FED.az bankın rəsmi hesabatına əsasən məlumat verir ki, bu ilin 9 ay ərzində “AmrahBank”ın faiz gəlirləri ötən ilin sonuna olan göstəriciləri ilə müqayisədə 57,9% azalaraq 10,4 mln. manat, faiz xərcləri 41,5% azalaraq 8,4 mln. manat, qeyri-faiz gəliri 26,3% azalaraq 7,1 mln. manat, qeyri-faiz xərcləri 13% azalaraq 671 min manat təşkil edib.

Cari ilin oktyabrın 1-nə bankın aktivləri 235,1 mln. manat olub ki, bu da 2016cı ilin sonu ilə müqayisədə 8,3% azdır. Bunun 97,4 mln. manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda bankın kredit portfelində 32,4% artım müşahidə olunub.

Hesabat tarixinə bankın ümumi öhdəlikləri 7,7% azalaraq 187,1 mln. manat təşkil edib ki, bunun da 140 mln. manatı müştərilərdən cəlb olunmuş depozitlərdir. Həmçinin son 9 ayda bankın depozit portfelində 0,4% azalma müşahidə olunub.
Ötən ilin sonuna olan göstərici ilə müqayisədə bankın kapitalı 10,2% azalaraq 47,9 mln. manat təşkil edib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz