Türkiyə Boğaziçi və Çanaqqala boğazlarından gəmilərin keçidinin qiymətini iyulun 1-dən 15% artaraq hər xalis ton üçün 5,83 dollara qaldırıb.
FED.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
Onun sözlərinə görə, boğazdan keçidə görə dövlət rüsumları ekoloji təhlükəsizliyi yaxşılaşdırmaq və gəmilərin hərəkətinə nəzarət sistemlərinin təkmilləşdirilməsi, sahil xidmətləri, xilasedicilər və həkimlərə xərclənəcək. Xatırladaq ki, bu 2022-ci ildən bəri dördüncü qiymət artımıdır.
Xatırladaq ki, boğazlardan gəmilərin keçid haqqı 2022-ci ilə qədər 39 il dəyişməmişdi. Məbləğ 1936-cı ildə Montrö Konvensiyasının imzalanmasından bəri qızıl frankı əsasında hesablanıb. Bu sənəd boğazlar ərazisində gəmiçiliyi tənzimləyir. O vaxta qədər keçid haqqı cəmi 0,8 dollar idi. 2022-ci ildən bəri isə qiymətlər təqribən 7,2 dəfə artıb.