Azərbaycanın ən böyük dövlət şirkətlərindən biri – «Azərbaycan Dəmir Yolları» QSC 2021-ci il üzrə maliyyə hesabatını və iqtisadi vəziyyətini açıqlayıb.
“Azərbaycan Dəmir Yolları”nda daha bir - KADR DƏYİŞİKLİYİ
FED.az xəbər verir ki, iri dövlət şirkəti olmaqla yanaşı, «Azərbaycan Dəmir Yolları»nın iqtisadi və maliyyə vəziyyəti həm də iki səbəbdən maraqlı idi.
“Azərbaycan Dəmir Yolları”nın vəziyyəti - MƏLUM OLDU
Əvvəla, son illər Azərbaycanın sürətlə inteqrasiya olunduğu nəqliyyat dəhlizlərində fəaliyyətin böyük hissəsi «Azərbaycan Dəmir Yolları»nın öhdəsinə düşəcək. Bura daşımalarla yanaşı, daşımaların iqtisadi tərəfinin koordinasiya edilməsi və prosesin aktiv iştiraksısı olması da aiddir. Bu mənada dəmiryol operatorunun gəlir və xərc balansı, iqtisadi dayanıqlığı çox önəmlidir.
Digər tərəfdən, prezident İlham Əliyevin fərmanı ilə dövlət şirkətlərində iqtisadi şəffaflığın təmin edilməsi və msəmərəliliyin artırılması məqsədilə İnvestisiya Holdinqi təsis edilib və 2021-ci ilin əvvəlindən «Azərbaycan Dəmir Yolları»nın idarə edilməsi ilə təkcə idarə heyəti məşğul deyildi, bu prosesə həm də İnvestisiya Holdinqinin Müşahidə Şurası da cəlb edilmişdi. Təbii ki, bu dəyişikliyin şirkətin maliyyə vəziyyətinə cəmi bir neçə aya təsir göstərməsi real deyil, amma tətbiq edilən nəzarət və maliyyə intizamı tədbirləri özünü illik hesabatda az da olsa göstərməli idi. Amma tədbirlərin əsas təsirləri və nəqliyyat dəhlizlərinin aktivləşməsinin nəticələri özünü 2022-ci ilin yekunlarında daha qabarıq göstərəcək.
Beləliklə, «Azərbaycan Dəmir Yolları»nin açıqladığı hesabata əsasən, 2021-ci ildə təşkilatın cəmi gəlirləri 489 milyon manat olub. Bu 2020-ci illə müqayisədə 67 milyon manat və ya 15% artıqdır.
Gəlirlərin artımının əsas səbəbi yük daşımalarından gəlilərin yüksəlməsidird 2020-ci ildəki 319 milyon manatlı müqayisədə 2020-ci ildə yük daşımalarından gəlirlər 78 milyon manat və ya 24% artaqaq 397 milyon manata yüksəlib. Böyük ehtimalla burada koronavirus pandemiyasından sonrakı aktivləşmə özünü göstərib.
Maraqlıdır ki, 2021-ci ildə «Azərbaycan Dəmir Yolları»nın digər gəlir maddələrinin hamısı üzrə azalma var.
Tikinti gəlirləri 55 milyon manatdan 52 milyon manata (5,6% azalma), sərnişindaşımadan gəlirlər 4,2 milyon manatdan 1,8 milyon manata (2,4 dəfə azalma), sair gəlirlər isə 43,5 milyon manatdan 37 milyon manata (15% azalma) enib.
Maraqlıdır ki, gözlənildiyinin əksi olaraq «Azərbaycan Dəmir Yolları»nın xərcləri 2022-ci ildə azalmayıb. Belə ki, Əmək haqqı və bu kimi xərclər 163 milyon manatdan 177 milyon manata yüksəlib. Elektrik enerjisi, materiallar və texniki xidmət xərcləri isə 50 milyon manatdan 54,1 milyon manata yüksəlib. 2021-ci ildə dəmiryolunun nəqliyyat xərcləri ümumiyyətlə 41 milyon manat və ya 60% artaraq 67 milyon manatdan 108 milyon manata yüksəlib.
Şirkətin hətta sair xərcləri də 20 milyon manat artaraq 86 milyon manatdan 106 milyon manata yüksəlib.
«Azərbaycan Dəmir Yolları»nın maliyyə vəziyyətini dəyişən əsas yenilik amortizasiya xərcləri ilə bağlı olub.
Belə ki, 2022-ci ildə qurumda köhnəlmə və amortizasitya xərcləri 73 milyüon manat olub, 2021-ci ildəki 135 milyonla müqayisədə az qala iki dəfə az. Sair aktivlər üzrə dəyərsizləşmə göstəricisi daha təsirli olub – 2021-ciildə dəmiryolu bu maddə üzrə 202 milyon manat zərər etmişdisə, indi 183 min manat – simvolik də olsa gəlirə çıxıb.
Başqa sözlə təkcə iki maddədə amortizasiya və dəyərsizləşmə göstəricisinin kəskin dəyişməsi «Azərbaycan Dəmir Yolları»nın maliyyə vəziyyətinə 264 milyon manatlıq zərəri neytrallaşdırıb.
Nəticədə «Azərbaycan Dəmir Yolları» illik əməliyyat fəaliyyəti nəticəsində yenə də zərərdə (32,5 milyon manat) qalsalar da 2020-ci ilin göstəricisi (292 milyon manat) ilə müqayiədə əməliyyat zərərini 9 dəfə azaldı bilib.
Maliyyə fəaliyyətinə gəlincə, 2021-ci ildə «Azərbaycan Dəmir Yolları»nın maliyyə xərcləri də 2020-ciildəkindən yüksək olub – 44 milyon manata qarşı 59,4 milyon manat.
Dəmriyol operatorunun mənfəətə çıxmasına tamamilə qeyri-profil fəaliyyəti - xarici valyuta mübadiləsindən əldə edilən gəlirlər səbəb olub. 2020-ci ildə «Azərbaycan Dəmir Yolları» bu fəaliyyəti 147 milyon manat zərərlə tamamlamışdı, 2021-ci ildə isə 109 milyon manat mənfəət edib.
Nəticədə 2021-ci ildə qurumun xalis maliyyə gəliri 50,4 milyon manat olub. 2020-ci ildə bu maddə də mənfidə idi – 191 milyon manat zərər.
Nəticədə «Azərbaycan Dəmir Yolları» son 2 ildə ilk dəfə mənfəət vergisi ödəyib – 8,2 milyon manat və ili 26 milyon manat xalis mənfəətlə bağlayıb.
Müqayisə üçün bildirək ki, 2020-ci ildə şirkət 484 milyon manat, 2019-cu ildə isə 228 milyon manat zərər etmişdi.
2021-ci ilin nəticələrinə görə «Azərbaycan Dəmir Yolları»nın cəmi aktivləri 3,6 milyard manatdır. 2020-ci illə müqayisədə aktivlər təqribən 600 milyon manat və ya 20% artıb.
Aktivlərin həcminin artımı əmlak və avadanlıqların çoxalması ilə bağlıdır – 2,5 milyard manatdan 3,1 milyard manata.
Hazırda, daha dəqəqi 2021-ci ilin sonuna «Azərbaycan Dəmir Yolları»nın öhdəlikləri 2,89 milyard manatdan 275 milyon manata enib. O cümlədən uzunmüddətli öhdəlikləri 250 milyon manat azalaraq 2 052 milyon manatdan 1 806 milyon manata enib. Xatırladaq ki, 2019-cu ildə bu göstərici ümumiyyətlə 2,5 milyard manat idi.
Qurumun cəmi kapitalı isə 6 dəfə artaraq 146 milyon manatdan 880 milyon manata yüksəlib.