Bakının Nərimanov rayonunda yerləşən 200 saylı məktəb-lisey kompleksinin müəllimləri qaynar xəttə müraciət edərək təhsil ocağının qarşısında yaradılan "AzParking" zonasından narazılıqlarını bildiriblər.
Minlərlə sakinin ortaq parkinq problemi - "Kim daha çox pul verirsə, ona satırlar"
FED.az xəbər verir ki, onların sözlərinə görə, hər gün işə gedib-gəldikləri üçün avtomobillərini məktəbin qarşısında saxlayırlar və bunun müqabilində gündəlik 4-5 manat ödəniş edirlər.
Müəllimlərdən biri bildirib ki, ərazi onların xəbəri olmadan, heç bir elan verilmədən və avtomobillər siyahıya alınmadan "AzParking" zonası elan edilib: "Dərsdə oturduğumuz yerdə hər gün cərimələr gəlir".
Başqa bir müəllim isə məsələ ilə bağlı narazılığını belə ifadə edib:
"Həftənin beş günü 40 manat ödəsəm, ayın sonunda bu, kifayət qədər böyük məbləğ edir. "AzParking" əməkdaşlarına şikayət etdikdə "ictimai nəqliyyatdan istifadə edin" cavabını alırıq".










