Qazaxıstan hökuməti səhmlərinin bir hissəsi dövlətə məxsus «Qazaq Air» avia şirkətinin səhmlərini satışa çıxarıb.
AZAL və “Air Astana” - MÜQAVİLƏ İMZALAYIB
FED.az xəbər verir ki, Qazaxıstanın «Qazaq Air» aviaşirkətinin dövlətə məxsus payı satışa çıxarılıb.
“Milli Rifah Fondu Samruk-Kazyna” Səhmdar Cəmiyyəti Qazaq Air SC-nin səhmlərinin 49%-dən 100%-nə qədərinin satışı üzrə tender elan edir”, - məlumatda deyilir.
Bildirilir ki, səhmlərin ilkin qiyməti 10,2 milyard tenge (təxminən 22,4 milyon dollar) təşkil edir.
Qeyd edək ki, Qazaxıstan hökuməti ölkədə aparılan iqtisadi islahatlar çərçivəsində iri dövlət şirkətlərini satışa çıxarıb.
Bu ilin martında respublikanın hakimiyyət orqanları mülki aviasiya bazarında rəqabəti inkişaf etdirmək üçün «Qazaq Air» və «Air Astana» şirkətlərinin səhmlərinin 100%-ni satmaq niyyətində olduqlarını bildiriblər.
2015-ci ildə dövlət tərəfindən yaradılmış Qazaq Air-in səhmlərinin 100%-i Milli Rifah Fondu Samruk-Kazyna SC-yə məxsusdur.Aviaşirkətin donanması beş De Havilland Dash-8-Q400NG təyyarəsindən ibarətdir və Astana hava limanında yerləşir.