Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner

Nəqliyyat

  1. Ana səhifə
  2. Nəqliyyat
  1. Nəqliyyat

Prezidentin Orta Dəhlizə həsr olunmuş beynəlxalq konfransda çıxışı - TAM MƏTN

Prezidentin Orta Dəhlizə həsr olunmuş beynəlxalq konfransda çıxışı - TAM MƏTN | FED.az
17:11 25 Noy 2022

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib.

"Fransa sülh danışıqlarında iştirak edə bilməz və bu, onun günahıdır"

FED.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.

Dövlətimizin başçısı konfransda çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Çox sağ olun. Əvvəlcə bizimlə burada olduqları üçün qonaqlarımıza, beynəlxalq ekspertlərə minnətdarlığımı bildirmək istəyirəm. Belə mühüm məsələlərin müzakirəsi üçün bu önəmli tədbirə ev sahibliyi etdiyinə görə ADA Universitetinə də xüsusi təşəkkürümü bildirirəm. Cənab Paşayev dediyi kimi, yaxın tariximizdə artıq üçüncü dəfədir ki, biz burada yığışırıq. Hesab edirəm ki, əvvəl apardığımız müzakirələrimiz və bu dəfə aparacağımız müzakirələr regiondakı reallıqların, Azərbaycanın planlarının və bizim regiondakı qarşılıqlı əlaqələrimizin daha yaxşı qavranılmasına töhfə verəcək. Bu günün mövzusu Orta Dəhliz məsələsinə həsr olunub. Lakin mən bu konfransın necə adlandırıldığını gördükdə, - “geosiyasət, təhlükəsizlik və iqtisadiyyat”, - bu nöqteyi-nəzərdən mövzunun əhatəliliyi daha geniş olacaq və bu da təbiidir. Çünki Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri, əlbəttə ki, müzakirə olunmalıdır. Əlbəttə, təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq. Təbii ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, həmçinin bizim daxili siyasətimiz sayəsində əmələ gəlmişdir. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması - bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir. Başqa sözlə desək, fiziki nəqliyyat və logistika infrastrukturunu yaratmaq üçün onlara aid ev tapşırığının yerinə yetirilməsi səviyyəsinin nə yerdə olması da vacibdir.

Azərbaycanın coğrafiyası yaxşı məlumdur. Bizim açıq dənizə, okeanlara çıxışımız yoxdur. Buna görə istər bizim enerji layihələrimiz, istərsə də nəqliyyat layihələrimiz olsun, hədəfimizə çatmaq üçün biz çox gərgin işləməli idik. Eyni zamanda, bizim coğrafi mövqeyimizin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməyimizdir. Əslində, iki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Lakin infrastrukturun fiziki olaraq mövcudluğu ən vacib məsələ idi və biz bu sektora uzun illər ərzində sərmayə yatırmışıq. İndi isə dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük. Beş il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə biz Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq. Bu layihə bizə 100 milyon ABŞ dollarından daha baha başa gələcək və biz bu layihəni bir il və ya ola bilsin, bir il yarım müddətində bitirməyi planlaşdırırıq. Eyni zamanda, Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizinə sinerji əlavə edəcək. Azərbaycan hər iki dəhlizin iştirakçısıdır və Azərbaycanda bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu hazırdır. İndi biz nə işlər görürük. Biz müasirləşdirmə işləri aparırıq. Biz qatarların, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikirik. Eyni zamanda, biz nəqliyyat infrastrukturuna sərmayə yatırırıq, xüsusilə hava ilə yükdaşımaları infrastrukturuna.

Bizim nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanımız 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Çünki buna zərurət var, çünki dünyada yeni geosiyasi vəziyyət mövcuddur və Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət var. Həmçinin biz hava limanları layihələrinin tamamlanması prosesindəyik. Laçın hava limanı hazır olandan sonra, - hansı ki, işğaldan azad edilmiş ərazilərdə üçüncü hava limanı olacaq, - Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. Əlbəttə ki, bu, təkcə sərnişin daşımaları üçün yox, həm də yük daşımaları üçündür. Beləliklə, biz Azərbaycan ərazisindən yükdaşımaların sürətlə artmasını gözləyirik və buna hazırıq.

Bakıda gəmi infrastrukturu və yeni gəmiqayırma zavodlarımızın olması ilə bağlı potensialımızı əlavə etsək, biz, əlbəttə ki, planlaşdırdıqlarımıza nail olacağımızı görəcəyik. Xəzər dənizinin şərq sahillərindən yükləri Azərbaycan ərazisindən nəql etmək üçün bizə sözsüz ki, yeni tankerlər, bərələr və yük gəmiləri lazım olacaq.

Yəqin burada giriş sözümü bitirəcəyəm ki, müzakirələrimiz üçün daha çox vaxt qalsın. Bir daha xoş gəlmisiniz. Bilirəm ki, siz azad edilmiş şəhərlərdən biri olan Ağdama səfər edəcəksiniz. Buna görə də sizə təşəkkür edirəm. Siz Ermənistan tərəfindən otuzillik işğalın nəticələrini öz gözlərinizlə görəcəksiniz. Təşəkkür edirəm.

X X X

Sonra Prezident İlham Əliyev konfrans iştirakçılarının suallarını cavablandırdı.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı sabiq səfiri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Mətyu Brayzə:

-Salam cənab Prezident. ABŞ-dan Mətyu Brayzədir. Şərq-Qərb dəhlizi, yaxud Orta Dəhliz baxımından və xüsusilə enerji ilə bağlı, Türkmənistana gəldikdə işlər necə gedir? Ola bilsin türkmən qazı bəlkə İran ərazisindən svoplar vasitəsilə buraya daxil edilə bilər və Türkiyə ərazisində qaz tranzitinə özəl şirkətlərin cəlb olunması üzrə intensiv müzakirələr gedən Türkiyə ilə bağlı bu məsələ nə yerdədir? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Əlbəttə ki, biz əməkdaşlığın geniş perspektivlərini nəzərdən keçirərək bu məsələ ilə məşğuluq. Hesab edirəm ki, artıq fəaliyyət göstərən bu nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin daha da inteqrasiya olunmasına imkan verəcək. Bizim Türkmənistanla əməkdaşlığımızın çox yaxşı tarixi var. Bu gün biz Türkmənistandan daxil olan yüklərə vacib tranzit imkanı yaradırıq. Hətta biz Ələt Dəniz-Ticarət Limanında Türkmənistandan olan yüklər üçün xüsusi yer ayırmışıq. Biz türkmən qazı ilə bağlı svop əməliyyatlarına başlamışıq. Bunun səbəbi odur ki, indi sənayemizdə artım müşahidə olunur və əlavə qaz həcmlərinə böyük tələbat var. Sənaye artır, əhalimiz artır. Biz indi Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə fəal şəkildə məşğuluq və buna görə təbii qaza tələbat, əlbəttə ki, artacaq. Nə edilməlidir? Əlbəttə ki, biz mövcud yataqlardan və növbəti ildən etibarən istifadəyə veriləcək yeni yataqlardan qaz hasilatını artırmağı planlaşdıran əcnəbi neft şirkətləri ilə əməkdaşlığımızı davam etdirəcəyik. Xüsusilə böyük qaz kondensatı yatağı olan “Abşeron”da gələn ildən etibarən hasilata başlanılacaq. Hasilatın birinci fazası 1,5 milyard kubmetr olacaq və əlbəttə ki, hasilatın bir neçə dəfə artırılması üçün potensial var.

Eyni zamanda, biz tamamilə yeni olan mövcud boru kəməri sistemini genişləndirməliyik. İki ildən az müddət bundan əvvəl biz Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəmərini tamamladıq. Lakin artıq bu gün biz həcmin iki dəfə - 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılmasına tələbatı görürük. Bunun üçün əlbəttə ki, bütün pay sahiblərinin konsolidasiya olunmuş mövqeyi və sərmayəsi lazım olacaq. Azərbaycan TAP-da yalnız 20 faiz paya sahibdir. Buna görə biz ümid edirik ki, tərəfdaşlarla həmin məqama çatacağıq. Həmçinin TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə genişlənməsi. Çünki demək olar ki, TANAP-ın bütün tutumu cəlb olunub. Əlbəttə ki, bütün bunlara əlavə sərmayə lazım olacaq. Bunun üçün bizə əlbəttə ki, türkiyəli həmkarlarımızla tranzitlə bağlı razılaşmalarımız olmalıdır. Bu olmadan Avropa istehlakçılarının və həmçinin türkiyəli istehlakçıların artmaqda olan ehtiyaclarını ödəmək mümkün olmayacaq.

İndi vaxt itirmədən Trans-Balkan boru kəmərini cəlb etmək imkanı var, xüsusilə keçən ay Yunanıstan və Bolqarıstan arasında interkonnektorun açılışını nəzərə alaraq. Biz hazırıq. Bu boru kəmərinin tutumu 3 milyard kubmetrdir. Beləliklə, biz ola bilsin bir ay müddətində zəruri həcmləri təchiz etməyə hazırıq. Lakin bunun üçün bizim Türkiyə ilə tranzit razılaşmamız olmalıdır. Əfsuslar olsun ki, biz hələ o mərhələyə çatmamışıq. Danışıqlar davam edir. Danışıqlar gözlədiyimizdən daha çox vaxt aparır. Ümid edirik ki, biz bu razılığa gələcəyik. Çünki müəyyən səbəblər üzündən bu razılığa nail olmasaq, onda Türkiyəyə və Avropaya əlavə qazı təchiz etməklə bağlı bütün planlarımız təhlükə altına düşəcəkdir.

Bilirsiniz ki, bu ilin iyul ayında biz Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalamışıq və bunun üçün potensial mövcuddur. Çünki birincisi, bizim gələcək illərdə istismara verməyi planlaşdırdığımız yeni qaz yataqları var. Mən “Abşeron”u qeyd etdim. “Ümid” və “Babək” yataqlarını qeyd edə bilərəm. “Asiman”ı, “Şəfəq”i və bir çox başqalarını qeyd edə bilərəm. İkincisi, bizim enerji şirkətimiz olan SOCAR-da ciddi islahatlar aparılıb. Yeni korporativ rəhbərlik, şəffaflıq və səmərəlilik bizə əlavə qaz tutumlarına qənaət etməyə imkan verəcək. Həmçinin bərpaolunan enerji mənbələri ilə bağlı artıq beynəlxalq investorlarla başladığımız layihələr. İki layihə artıq həyata keçirilir. Yəqin ki, gələn ilin sonunadək 470 meqavat külək və günəş enerjisi mövcud olacaq. Üstəlik, Cəbrayıldakı 230 meqavat gücündə günəş elektrik stansiyası buna əlavə həcm verəcək. Bu bizə əlavə qaza qənaət etmək imkanı verəcək. Başqa sözlə, biz iyul ayında Avropa Komissiyası ilə imzaladığımız Anlaşma Memorandumunu tam icra edə biləcəyik. Lakin bunun üçün biz türk dostlarımızla razılaşmalarımızı yekunlaşdırmalıyıq. Ümid edirəm ki, bu, tezliklə baş tutacaq.

XX X

Bu mühüm tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də yer alıblar.

Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Banner
Banner
  • Prezident
  • İlham Əliyev
  • Orta Dəhliz
  • beynəlxalq konfrans
  • çıxış
Paylaş

Digər xəbərlər

Şəhərlərarası avtobuslarda yeni qiymətlər - CƏDVƏL
Nəqliyyat 2 Fev 2023
Şəhərlərarası avtobuslarda yeni qiymətlər - CƏDVƏL
Bakı Limanı: "Qazaxıstan gübrəsini də cəlb etməyi düşünürük"
Nəqliyyat 2 Fev 2023
Bakı Limanı: "Qazaxıstan gübrəsini də cəlb etməyi düşünürük"
Azərbaycanda «Bolt» taksi şirkəti - 100 MİN MANAT CƏRİMƏ EDİLİB 
Nəqliyyat 2 Fev 2023
Azərbaycanda «Bolt» taksi şirkəti - 100 MİN MANAT CƏRİMƏ EDİLİB 
132 avtobus gecikir - SİYAHI
Nəqliyyat 2 Fev 2023
132 avtobus gecikir - SİYAHI
Bakıda bu yollarda tıxac var - SİYAHI
Nəqliyyat 2 Fev 2023
Bakıda bu yollarda tıxac var - SİYAHI
Beynəlxalq avtomobil daşımalarına dair icazə blankları və rüsumlar - LƏĞV OLUNUR
Nəqliyyat 1 Fev 2023
Beynəlxalq avtomobil daşımalarına dair icazə blankları və rüsumlar - LƏĞV OLUNUR
Sərnişindaşıma şirkəti: "Gediş haqqının artması maliyyə vəziyyətimizi yaxsılaşdıracaq"
Nəqliyyat 1 Fev 2023
Sərnişindaşıma şirkəti: "Gediş haqqının artması maliyyə vəziyyətimizi yaxsılaşdıracaq"
Naxçıvanla Türkiyə arasındakı - SƏRHƏD AÇILDI
Nəqliyyat 1 Fev 2023
Naxçıvanla Türkiyə arasındakı - SƏRHƏD AÇILDI
Azərbaycanda yük avtomobillərinin ehtiyat hissələrinin idxalı gömrük rüsumundan - AZAD EDİLƏ BİLƏR
Nəqliyyat 1 Fev 2023
Azərbaycanda yük avtomobillərinin ehtiyat hissələrinin idxalı gömrük rüsumundan - AZAD EDİLƏ BİLƏR
Qiymət artımı - Rayonlararası Avtobuslara da Aiddir
Nəqliyyat 1 Fev 2023
Qiymət artımı - Rayonlararası Avtobuslara da Aiddir
102 avtobus gecikir - SİYAHI
Nəqliyyat 1 Fev 2023
102 avtobus gecikir - SİYAHI
Bakıda bu yollarda tıxac var - SİYAHI
Nəqliyyat 1 Fev 2023
Bakıda bu yollarda tıxac var - SİYAHI
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Tarif Şurasının səlahiyyətləri artırılıb
    13:33 3 Fev 2023
  • İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - ÇIXIŞ EDİB
    13:26 3 Fev 2023
  • "Qarşıdakı illərdə biz milyardlarla kubmetr təbii qaza qənaət edəcəyik”
    13:20 3 Fev 2023
  • Fərdi baytarlıq xidməti ilə məşğul olan şəxslərin - Sosial Öhdəlikləri Azaldılıb
    13:13 3 Fev 2023
  • Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması qaydası hazırlanacaq - FƏRMAN
    13:08 3 Fev 2023
  • Şənbə gününün - HAVA PROQNOZU
    13:04 3 Fev 2023
  • Mərkəzi Bank sığorta şirkətinin rəhbərini işdən çıxara bilər? - AÇIQLAMA
    13:00 3 Fev 2023
  • Azərbaycan 2023-cü ildə 24,5 milyard kubmetr qaz - İxrac Etməyi Planlaşdırır
    12:53 3 Fev 2023
  • Türkiyədə illik inflyasiya düşüb - STATİSTİKA
    12:49 3 Fev 2023
  • Respublika Uşaq Sanatoriyası - TENDER ELAN ETDİ
    12:48 3 Fev 2023
  • Səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont və faiz gəlirləri - VERGİDƏN AZAD EDİLİB
    12:42 3 Fev 2023
  • "IDG Construction" şirkəti və "İnşaat-C" - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
    12:41 3 Fev 2023
  • Füzulidə elektromobillər üçün - Enerji Doldurma Stansiyaları Quraşdırılacaq
    12:37 3 Fev 2023
  • "Ask Şüşə" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ
    12:37 3 Fev 2023
  • "Savalan Group" və "Optimal Elektronika" - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
    12:34 3 Fev 2023
  • Naxçıvan Dövlət İmtahan Mərkəzində - YOXLAMALAR KEÇİRİLİR
    12:34 3 Fev 2023
  • Bakinşaat Group alqı-satqıya görə - MƏHKƏMƏYƏ VERİLDİ
    12:28 3 Fev 2023
  • "Təbii qaz ehtiyatlarımız 600 il kifayət edəcək"
    12:28 3 Fev 2023
  • Dövlət agentliyi kontent materiallarının hazırlanması üçün 920 min manat ödəyəcək – TENDER NƏTİCƏSİ
    12:26 3 Fev 2023
  • Banklar kartlardakı depozit gəlirindən - VERGİ TUTACAQ
    12:22 3 Fev 2023
  • Bakı Nəqliyyat Agentliyi – BÖYÜK TENDER ELAN ETDİ
    09:00 3 Fev 2023
  • Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - TAM MƏTN
    21:19 2 Fev 2023
  • "Kapital Bank" işçi axtarır - VAKANSİYA
    21:16 2 Fev 2023
  • "Deloitte" şirkəti işçi axtarır - VAKANSİYA
    21:10 2 Fev 2023
  • "PASHA Malls" işçi axtarır - VAKANSİYA
    21:07 2 Fev 2023
  • Sumqayıt Texnologiyalar Parkı işçilər axtarır - VAKANSİYALAR
    20:59 2 Fev 2023
  • Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 3000-5000 MANAT- VAKANSİYA
    20:53 2 Fev 2023
  • "VTB Bank Azərbaycan" işçilər axtarır - VAKANSİYALAR
    20:48 2 Fev 2023
  • Aqrar İnnovasiya və Təchizat Şirkəti işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA
    20:45 2 Fev 2023
  • Dövlət qurumu Bakıda və bölgələrdə işçilər axtarır - VAKANSİYALAR
    20:42 2 Fev 2023
  • "TuranBank" ASC işçi axtarır - VAKANSİYA
    20:39 2 Fev 2023
  • "Bank Respublika" ASC işçi axtarır - VAKANSİYA
    20:37 2 Fev 2023
  • "Azərbaycan Dəmir Yolları" QSC işçi axtarır - VAKANSİYA
    20:35 2 Fev 2023
  • "Caspel" işçi axtarır - MAAŞ 800-1000 MANAT - VAKANSİYA
    20:30 2 Fev 2023
  • Azərbaycan Səudiyyə Ərəbistanının şirkətilə dəniz suyunun duzsuzlaşdırılması layihəsini - MÜZAKİRƏ EDİB
    18:14 2 Fev 2023
  • SOCAR-ın prezidenti TPAO şirkətinin prezidenti ilə görüşüb, bir sıra - SƏNƏDLƏR İMZALANIB
    18:06 2 Fev 2023
  • AccessBank gənc sahibkarlara 45 milyondan çox - BİZNES KREDİTİ AYIRIB
    18:00 2 Fev 2023
  • 51 milyon manat pul qoyulub, 400 nəfər işləyəcək - BAKI YAXINLIĞINDA YENİ ZAVOD
    17:56 2 Fev 2023
  • "Muğan Kitt" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ
    17:54 2 Fev 2023
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    17:48 2 Fev 2023
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 5 NƏFƏR VƏFAT ETDİ
    17:46 2 Fev 2023
  • Azərbaycanın milyonluq şirkətinin - Rəhbərliyi Yenidən Formalaşdırılacaq
    17:41 2 Fev 2023
  • İngiltərə Bankı uçot dərəcəsini - 4%-Ə QALDIRIB
    17:38 2 Fev 2023
  • "Azəralüminium"dan daşınma xidməti ilə bağlı daha bir - TENDER ELANI
    17:36 2 Fev 2023
  • İsveçrənin Türkiyədəki - Baş Konsulluğu BAĞLANDI
    17:35 2 Fev 2023
  • "Naxçıvan" Universitetinə yeni rektor - TƏYİN EDİLDİ
    17:31 2 Fev 2023
  • Təmir işləri üzrə yeni tender elan edildi - ŞƏRTLƏR
    17:27 2 Fev 2023
  • Şahbazov TAP-ın icraçı direktorunu - QƏBUL EDİB
    17:27 2 Fev 2023
  • Dəftərxana və təsərrüfat malları ilə bağlı – TENDER ELANI
    17:24 2 Fev 2023
  • İsveçdə müflisləşən şirkətlərin sayı - REKORD HƏDDƏ ÇATDI
    17:20 2 Fev 2023
  • Dövlət qurumu çap qurğuları üçün kartriclər alır
    17:14 2 Fev 2023
  • Fərdi sahibkarlara verilən kreditlərin həcmi - 2.2 MLRD. MANATA ÇATIB
    17:14 2 Fev 2023
  • Azərbaycanda artıq 110 nəfər aldığı evə görə - ƏDV-Nİ GERİ ALACAQ - VERGİDƏN AÇIQLAMA
    17:05 2 Fev 2023
  • "Sanksiyalarımıza görə Rusiya hər gün 160 mln. avro itirir"
    16:55 2 Fev 2023
  • "Unibank" “Gəncə” filialını yeni konseptdə - İSTİFADƏYƏ VERİB
    16:49 2 Fev 2023
  • “OBA” Atyalı qəsəbəsində yeni filialını - MÜŞTƏRİLƏRİNİN İXTİYARINA VERDİ! - VİDEO
    16:44 2 Fev 2023
  • Baş Dövlət Yol Polisi daha bir - TENDER ELAN ETDİ
    16:42 2 Fev 2023
  • Səhiyyə Nazirliyi – TENDER ELAN ETDİ
    16:37 2 Fev 2023
  • İstifadəçilərin kriptovalyutalara marağı artır - SORĞU
    16:36 2 Fev 2023
  • Təsərrüfat mallarının alınması ilə bağlı – TENDER ELAN EDİLDİ
    16:29 2 Fev 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!