“Azərbaycan Hava Yolları” şirkəti – AZAL - Naxçıvanla nəqliyyat əlaqəsinin təmin olunması üçün Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslər təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün AZAL-ın Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti uçuş cədvəli hazırlanıb.
Cədvələ əsasən 6 mart 2026-cı il tarixinə planlaşdırılan reyslər aşağıdakı kimidir:
|
Reys |
Bakıdan qalxma |
İğdıra enmə |
Avtobusun İğdırdan yola düşməsi |
Avtobusun Naxçıvandan yola düşməsi |
İğdırdan qalxma |
Bakıya enmə |
|
J2 2251 / 2252 |
16:30 |
17:30 |
18:30 |
14:00 |
18:30 |
21:30 |
|
J2 2253 / 2254 |
17:30 |
18:30 |
19:30 |
15:00 |
19:30 |
22:30 |
|
J2 2255 / 2256 |
18:30 |
19:30 |
20:30 |
16:00 |
20:30 |
23:30 |
|
J2 2257 / 2258 |
19:30 |
20:30 |
21:30 |
17:00 |
21:30 |
00:30 (+1 gün) |
Uçuşa gələrkən aşağıda qeyd olunan vacib məqamlar nəzərə alınmalıdır:
- sərnişinlər uçuş vaxtından ən azı 1 saat yarım öncə hava limanına yaxınlaşmalı;
- üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrini götürməlidirlər.
Sərnişinlərlə uçuş cədvəlində hər hansı bir dəyişiklik baş verdiyi təqdirdə ətraflı məlumat paylaşılacaq.











