Azərbaycan Hava Yolları (AZAL) Naxçıvan Beynəlxalq Hava Limanındakımövcud vəziyyətlə bağlı məlumat yayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, açıqlamada deyilir:
«Azərbaycan Hava Yolları (AZAL) bildirir ki, sosial şəbəkələrdə yayılan və Naxçıvan Beynəlxalq Hava Limanında hazırkı vəziyyəti əks etdirdiyi iddia olunan köhnə görüntülər həqiqəti əks etdirmir.
Hazırda Naxçıvan istiqamətində uçuşlar əvvəlki qaydada həyata keçirilir, hava limanında əməliyyat vəziyyəti stabildir və sərnişinlərə xidmət ştat rejimdə davam edir.
Son günlər müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən bəzi reyslərdə dəyişikliklər baş versə də, bütün qərarlar uçuş təhlükəsizliyi prioritet götürülərək qəbul olunub.
Azərbaycanın milli aviadaşıyıcısı yalnız rəsmi mənbələr tərəfindən yayılan məlumatlara istinad olunmasını tövsiyə edir».
Bu video hazrda Naxçıvan Aeroportundakı vəziyyəti əks etdirir:













