Artıq bir neçə ildir ki, ölkəmizdə ilk dəfə olaraq partnyorumuz Azərbaycan Dəmir Yolları ilə əməkdaşlıq çərçivəsində ABB-yə məxsus bank kartları vasitəsilə dəmiryolu terminallarında ödəniş edərək səyahət etmək mümkündür.
ABB-nin sədri: "Biz öz vəsaitimiz hesabına da ipoteka krediti veririk"
FED.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
"Sevindirici haldır ki, bu imkan sayəsində artıq hər ay təxminən 200 000 keçid ABB kartları vasitəsilə həyata keçirilir. Bu keçidlər təkcə fiziki kartlarla deyil, həm də mobil telefonlar üzərindən Apple Pay və Google Pay vasitəsilə edilən token əsaslı ödənişləri də əhatə edir. Biz müştərilərimizə bu rahatlığı təmin etmişik və bu texnologiyanın istifadəsi gündən-günə artır. Həm partnyorumuz, həm də müştərilərimiz bu xidmətdən məmnundurlar.
Bununla yanaşı, digər ictimai nəqliyyat vasitələrində də kartla ödəniş imkanının yaradılması ilə bağlı təkliflərimizi aidiyyəti quruma təqdim etmişik. Əgər onlardan müsbət cavab alınarsa, bu sahədə artıq bizim həm hazırlığımız, həm bilik və bacarığımız, həm də təcrübəmiz var. Biz bu xidməti çevik şəkildə tətbiq etməyə tam hazırıq" -deyə sədr məlumat verib.