Yaxın Şərqdəki münaqişədən sonra Panama kanalından tranzit üçün rüsumların ikiqatdan çox artdığı açıqlanıb.
FED.az bizes və maliyyə xəbərləri portalı xəbər verir ki, “Wall Street Journal” qəzetinin məlumatına görə, Panama Kanalı İdarəsinin rəsmisi Viktor Vial bildirib ki, Yaxın Şərqdəki münaqişələr səbəbindən Panama kanalından keçən bəzi gəmilər vaxta qənaət etmək üçün 1 milyon dollardan çox pul ödəyiblər.
Vial münaqişələrdən sonra tranzit haqlarının 2,5 dəfədən çox artdığını bildirərək, qeyd edib ki, müharibədən əvvəl bir gəminin kanaldan keçməsi üçün orta ödəniş təxminən 140 000 dollar olduğu halda, son iki ayda bu məbləğ 385 000 dollara yüksəlib.
Xatırladaq ki, 2025-ci ilin oktyabrından 2026-cı ilin martına qədər Panama kanalından 6288 keçid qeydə alınıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 224 keçid sayının artması deməkdir.













