Gəncə şəhərində ictimai nəqliyyatın tamamilə yenilənməsi planlaşdırılır. Bunun üçün zəruri vəsait ayrılıb.
AYNA: Taksi avtomobillərinin orta yaşı 15-dən 7-yə düşüb
FED.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Gəncədə avtobusların yenilənməsi və qarajların yenidən qurulması təmin ediləcək: “Digər şəhərlərimiz - Naxçıvan, Mingəçevir, eləcə də işğaldan azad olunmuş ərazilərdə ictimai nəqliyyatın təşkili ilə bağlı məsələlərlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məşğul olur”. (Azərtac)