Füzuli şəhərinin daxili yollarının tikintisi layihəsi sürətlə icra olunur. Layihə üzrə I mərhələdə ümumilikdə 18,5 km uzunluğa malik 12 küçənin tikintisi aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən FED.az-a verilən məlumata görə, küçələr boyu şəhərin kommunikasiya xətlərinin (su, kanalizasiya, yağış suları boruları, qaz, rabitə və elektrik xətləri) tikintisi işləri də icra olunur.
İşlərin vaxtında yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilir.
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq, II mərhələ üzrə Füzuli şəhərinin daxili yollarının tikintisi 30 faizi yerinə yetirilib.