Xəbər verildiyi kimi, 2019-cu ilin nəticələrinə görə, Azərbaycanın dəmiryollarında sərnişinlərin sayı 1 milyon nəfər və ya 35% artaraq 3,85 milyon nəfər olub. Paralel olaraq ötən il çoxsaylı sərnişin marşrutları işə düşüb.
Eləcə də bax: Dəmiryoluna onlayn bilet satışı ilə bağlı - YENİLİK
Bununla və 2020-ci ildə sərnişin daşımalarda gözlənilən yeniliklərlə bağlı FED.az-ın suallarına «Azərbaycan Dəmir Yolları» QSC-nin Sərnişindaşıma Departamentinin rəisi Elyar Muradov cavab verib.
- Elyar müəllim, dəmiryolu ilə sərnişin daşımaları 1 ildə milyon nəfərdən çox artıb. Bu artım nəyin hesabın baş verib?
- Sərnişin artımı əsasən 3 istiqamətdədir. Bunlar ilk növbədə yerli, həm də xarici səfərlərə aiddir. Məsələn, 2018-ci ildə açılışı olan və 2019-cu ildə fəaliyyət göstərən Bakı-Gəncə elektrik qatarı ilə keçən il 150 min sərnişin daşınıb.
2018-ci ilin 30-31 dekabrndən qatara fəaliyyətə başlayıb. Beynəlxalq istiqamətdə artım Gürcüstana olub. Təqribən 2018-ci illə 2019-cu ildə müqayisəsində 20 mindən çox sərnişin daşınıb. 2018-ci ildə Gürcüstana 190 min sərnişin daşınıb. 2019-cu ildə bu rəqəm artaraq 217 min nəfər olub. Artan 20 min sərnişin Tiflis istiqamətində olub. Az bir hissə də Rostov və Novorosiskdən olan qatarlarda olub.
- Gürcüstana səyahət edənlərin artımı nə ilə bağlıdır?
- Əsasən artım Tiflis istiqamətində olub. Bunun bir neçə səbəbi var, xarici turistlər ya Tiflisə gəlib ordan Bakıya gəlirlər, yaxuda da Bakıya gəlib, buradan Tiflisə gedilir. İkinci ən çox sərnişinlər isə Gürcüstana gedib oradan da Türkiyəyə keçən sərnişinlərimizdir. Gürcüstan hava limanına gedən sərnişinlərimiz də var. Çünki Tiflia hava limanında sərfəli qiymətlər mövcuddur.
Bayram günlərində Gürcüstana gedən soydaşlarımız da var. Məsələn, 2019-un axırında, dekabrın 27-dən yanvarın 4-nə kimi təkcə Tiflis qatarında 7 min sərnişin daşınıb.
- Bəs artımın 800 min nəfərlik hissəsi nəyin hesabınadır?
- Əsas artım, o cümlədən səsləndirdiyiniz 800 min sərnişin axını Bakı-Sumqayıt-Bakı-Abşeron dairəvi elektrik qatarının fəaliyyəti ilə bağlıdır. Ən böyük rəqəm də burdadır. Xüsusilə də Abşeron dairəsinin işə düşməsi nəticəsində daşınan sərnişinlərin sayı kəskin artıb. Sumqayıt qatarı işə düşənən bəri 2015-ci ildə 200 min nəfər daşımışıq. 2016-ci ildə bu rəqəm 700 min nəfər, 2017-ci ildə 1 milyon 200 min, 2018-ci ildə 1 milyon 600 min, indi isə faktiiki olaraq 2 milyon 500 min nəfər civarındadır. Təbii ki, yaradılan şərait, həmçinin qatarların cəmi 30-35 dəqiqəyə Sumqayıta çatması, Bakıdan Biləcəriyə 13 dəqiqəyə çatması, həmçinin tıxacı olmaması bu qatara marağı da, sərniin sayını da kəskin artırdı.
- Bu qətarlarla gündə nə qədər sərnişin daşınır?
- 2019-cu ildə də Bakı-Pirşağı istiqamətində, Bakı-Sumqayıt xəttinin bir hissəsi işə düşdü. Bu il isə dairənin yerə qalan hissəsinin tamamlanması gözlənilir. Elə günlər olur ki, gündəlik sərnişin daşıma sayı 16 min nəfərə çatır. Bakı Sərnişin vağzalında 5 dəqiqədə 2 minə yaxın adam turniketdən çıxır. Sərnişinin gedəcəyi yol və ödənişin hesablanması sistem idə çox gözəl işləyir, rahatlıq təmin olunub, ona görə də, sərnişin sayı ciddi artır.
- Sizcə daxili, yəni Bakı ətrafı qatarlarda artım davam edəcək?
- Hesab edirik ki, bu artım davam edəcək. Açığı belə artımı gözləmirdik. Amma indi görürük ki, Abşeron dairəvi xətti işləsə gündəlik sərnişin sayı 30-40 minə gəlib çıxacaq. Bu proses, avtomobildən istifadəni və avtomobil axınını da azaldacaq. Bundan başqa, əldə edilən rəqəmlər bizə vəziyyəti təhlil etməyə də imkan verir. Məsələn, biz heç vaxt bilməzdik ki, Xırdalandan gün ərzində təxminən 5 minə yaxın adam qatardan istifadə edir.
- Elyar müəllim, Bakı-Gəncə qatarı ilə ildə 150 min nəfər daşınıb, bəs qatarın doluğuğu nə həddədir?
- Bakı-Gəncədə biz keçən il 150 min sərnişin daşımışıq təqribən orta faizimiz 61% olub. Baxmayaraq ki, yanvar ayında başlamışıq, yanvar-fevral aylarında zəif olub. Artım mart ayından başlayıb. Yəni martdan indiyədək olan dövrü götürsək, qatarın doluluğu 70%-ə yaxındır, Yay aylarında isə doluğuq ümumiyyətlə 80-90% olub.
- Gəncə qatarının sürətinin artması tələbata təsir etdi?
- Əlbəttə, Gəncə qatarının sürətinin artırılmasının təsiri oldu. Orada sərnişin sayına əsas 3 amil təsir edir. Sürət, comfort və ən başlıcası - qatarın qrafikə əməl etməsi. Bu gün biz Bakıdan Gəncəyə 3 saat 45 dəqiqəyə gedirik. Artıq planlaşdırırıq ki, ilin yarısından və ya qalan işlərin görülüb qurtarandan sonra sonra çatma vaxtı 3 saat yarıma enəcək.
- Gəncə istiqamətində ikinci qatarın buraxılması gözlənilirmi? Yəni səhər bir qatar Bakıdan çıxanda, biri də Gəncədən çıxsın.
- İkinci qatarın da buraxılması gözlənilir. Amma hazırda qatarların sayı azdır. Ötən il «Azərbaycan Dəmir Yolları» xaricdən 10 qatar alınması ilə bağlı müqavilə imzalayıb. Bu qatarların göndərilməsinə 2022-ci ildən başlanacaq. Onda Gəncə qatarının sayını da artıracağıq.
- Eliyar müəllim, Gəncə qatarının Bakıdan çıxma vaxtının 8-dən 8-45-ə qaldırılması və qayıtma vaxtının 18-dən 17-yə endirilməsi nə qədər bazara uyğındur? Çünki, məsələn, turistlər və Gəncədə müvəqqəti işi olanlar üçün bu müddət əlverişsizdir.
- Biz bu məsələni analiz etmişik və vaxtı dəyişməmişdən qabaq sorğusu da keçirmişik. Bizə məlum oldu ki, həmin qatarala bu gün gedib, həmin gün də geri qayıdan sərnişinlərin sayı ümumi sərnişinlərin cəmi 7-10%-ni təşkil edir. Əksəriyyət gedib qalır, ya da ordan da başqa yerə gedir. Bundan başqa, qış vaxtı qatara gəlib çatmaq çatmaq üçün problem ola bilərdi, ona görə də qatatın yola düşmə vaxtını 8-45-ə qaldırdıq.
- Bu qrafikə yenidən baxılmayacaq?
- Baxılacaq. Yay rejimində vaxtı yenidən dəyişəcəyik. Martda yola düşmə vaxtı yenidən saat 8-ə, geri qayıtmaq vaxtını isə saat 6-ya dəyişəcəyik. Yəni yayda Gəncə qatarı yenə saat 8-də çıxıb, Gəncədən saat 6-da geri qayıdacaq.
- Qatarlarda biletin onlayn satışı ilə bağlı vəziyyət nə yerdədir?
- Onlayn satış sürətlə artır. Kçeən ildən bu yana online alışda ikiqat artım olub. Biletlərin online alınması ötən il 10% idisə bu il 20% olub. 2020-ci ildə bu rəqəm bir az da artacaq.
- Onlayn satış qaydalarında hər hansı dəyişiklik gözlənilir?
- Yaxın vaxtlarda onlayn satışla bağlı daha bir yenilik olacaq. Hazırda online satıqş var, amma sadəcə indi kassaya yaxınlaşıb blank, kağız bilet almaq lazımdır. Amma yaxın zamanlarda tətbiq olunacaq yeniliyə əsasən buna ehtiyac qalmayacaq.
- Bəs digər qatarlarda əlavə xidmətlərin göstərilməsi nəzərdə tutulurmu? Məsələn, adi yataq qatarlarında.
- Elektrik qatarlarda wi-fi var. Yeni yataq vaqonlarında da olacaq. Ümumiyyətlə, bu gündən sonra sifariş olunan vaqonların hamısında wi-fi və yeni xidmətlər nəzərdə tutulub.