Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Gəncə, Bakı-Qəbələ, Sumqayıt-Beyləqan, Gəncə - Şəmkir avtobus marşrutları üzrə müsabiqələrin qaliblərini aşıqlayıb.
FED.az biznes və iqtisadiyyat xəbərləri portalının məlumatına görə,
• Bakı - Gəncə marşrutu üzrə hüquqi şəxs “Uğurlu yol” MMC;
• Bakı - Qəbələ marşrutu üzrə fiziki şəxs Bəkirov Səxavət Elməddin oğlu;
• Sumqayıt - Beyləqan marşrutu üzrə fiziki şəxs Talıbov Əliqurban Miri oğlu;
• Gəncə - Şəmkir marşrutu üzrə hüquqi şəxs "Nur-55" MMC qalib elan olunublar.