İsrail və İran arasında baş verən hərbi qarşıdurma regionda aviauçuşlara da təsir edib.
AZAL Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar daha bir neçə reysi ləğv etdi - SİYAHI
FED.az xəbər verir ki, Bakıdan Tehran və Tel-Əviv istiqamətində nəzərdə tutulan uçuşlar təhlükəsizlik səbəbilə tamamilə dayandırılıb. Eyni zamanda yaxın Şərqdə baş verən hadisələr bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar ''Azərbaycan Hava Yolları'' Qapali Səhimdar Cəmiyyətinin bu gün həyata keçirilməsi planlaşdırılan bəzi reysləri də ləğv edilib.
Ən böyük sual isə bu uçuşlara əvvəlcədən bilet almış sərnişinlərin taleyidir. AZAL-dan bildirilib ki, bilet alan şəxslər geri qayatara biləcəklər.