Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Suraxanı rayonunun Bahar və Dədə Qorqud qəsəbələrini Zığ dairəsi–Hava Limanı avtomobil yoluna birləşdirən giriş, çıxış və yanaşma yolları tikir.
Bakıda tikilən yeni yol belə olacaq - VİDEO
FED.az agentliyə istinadən xəbər verir ki, yanaşma yollarının ümumi uzunluğu 1600 metr təşkil edir.
Hazırda layihə üzrə ərazidə qazma və dolğu işləri icra olunur. Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.
Layihənin icrası nəticəsində yolboyu hərəkət daha da rahatlaşacaq, yük və sərnişin daşımaları asanlaşacaq, həmçinin həmin qəsəbələrin sakinləri üçün Zığ dairəsi–Hava Limanı yolu ilə birbaşa nəqliyyat bağlantısı təmin ediləcək.
Bununla yanaşı, hazırda qəsəbələri birləşdirən mövcud yolun da təmiri işləri aparılır. Uzunluğu 790 metr olan bu yol üzrə köhnə asfalt-beton örtüyünün frezlənməsi işləri görülür.
ılmış araşdırmanın nəticələri 14-cü İllik COMCEC Kapital Bazarı Tənzimləyiciləri Forumunda müzakirə olunub və AMB-nin Kapital bazarları fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentinin nümayəndəsi tərəfindən təqdimat keçirilib.
Qeyd edək ki, bu fəaliyyət AMB-nin İdarə Heyəti tərəfindən təsdiq edilmiş “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası”nda müəyyənləşdirilmiş kapital bazarları istiqaməti üzrə təşəbbüslərə uyğun olaraq investisiya alətlərinin çeşidinin artırılması və islam maliyyəsi aləti olan Sukuk kimi yeni maliyyə məhsullarının təşviqinə xidmət edir.