Pakistan hökuməti tranzit və ikitərəfli ticarət yüklərini daşıyan Azərbaycanın qeydiyyatdan keçmiş avtomobillərinin ölkəyə daxil olmasına rəsmi icazə verib.
Azərbaycan və Gürcüstan nəqliyyat dəhlizində əməkdaşlıq haqqında memorandum imzalayacaq
FED.az xəbər verir ki, Pakistanın Federal Gəlirlər Şurası Azərbaycan-Pakistan Tranzit Ticarət Sazişi çərçivəsində Azərbaycan-Pakistan Tranzit Ticarət Qaydaları ilə bağlı sərəncam verib.
Sərəncama əsasən, Azərbaycanın Kəraçi limanı, Məhəmməd Bin Qasim və Qvadar limanına və bu limanlar vasitəsilə digər ölkələrə idxal etdiyi yüklərin daşınması asanlaşacaq.
Bundan başqa, tranzit və ikitərəfli ticarət yüklərinin daşınması üçün istifadə olunan Azərbaycan dövlət qeydiyyatına alınmış, etibarlı icazələri olan avtonəqliyyat vasitələrinə nəqliyyat vasitəsindən tutulan rüsum və vergilər üçün heç bir maliyyə təminatı alınmayacaq. (Azərtac)