İlk Milli Naviqasiya Sistemi
«AzNav» - ƏMDK-nin məhsulu olan Ünvan Reyestri İnformasiya Sisteminin məlumatları əsasında hazırlanmış ilk milli Naviqasiya Sistemidir. Naviqasiya sistemi iki komponentdən ibarətdir: Naviqasiya Proqramı və Naviqasiya Xəritəsi. Naviqasiya Proqramı yeni və köhnə ünvanların əsasında hazırlanmış Naviqasiya Xəritəsinin məlumatlarından istifadə etməklə işləyir. Naviqasiya Sistemi həm onlayn, həm də oflayn rejimdə işləmək imkanlarına malikdir. Artıq Sistem əhalinin, dövlət və özəl qurumların, fiziki və hüquqi şəxslərin, turistlərin, eləcə də ünvan axtarışında maraqlı olan digər tərəflərin istifadəsinə verilib.
Ölkə başçısının tapşırığı ilə hazırlanıb
Qeyd edək ki, ölkənin ilk milli Naviqasiya Sisteminin istifadəyə verilməsi prezident İlham Əliyevin əhaliyə innovativ xidmətlərin göstərilməsi və rahatlığın təmin olunması barədə tapşırıqlarına əsaslanır. Bir qədər əvvəl ƏMDK informasiya-kommunikasiya texnologiyalarının və coğrafi informasiya sistemlərinin tətbiqi əsasında Ünvan Reyestri İnformasiya Sistemini yaradıb. «AzNav» isə öz növbəsində Ünvan Reyestrinin məlumatları əsasında çalışır.
Bütün xidmətlər üçün faydalıdır
Dəqiq və hər zaman yenilənən GPS naviqasiya sistemi olan «AzNav» həm tibbi yardım, yanğın, qəza, polis, fövqəladə hallar kimi təcili xidmətlər, həm də poçt, yükdaşıma, taksi, turist, nəqliyyatın tənzimlənməsi və digər fəaliyyətlərdə son dərəcə faydalıdır.
İstənilən şəxs Naviqasiya Sistemindən istifadə etməklə seçdiyi ünvanı ən sürətli və optimal marşrut üzrə müəyyən edə biləcək. Ünvan axtarışı prosesi sadələşəcək və vaxt itkisi aradan qalxacaq.
10 dildə «danışan» sistem
Digər özəllik odur ki, «AzNav» Azərbaycan dili ilə yanaşı, rus, ingilis, ərəb, alman, ispan, fransız, italyan, türk və gürcü dillərini də dəstəkləyir və sadalanan dillərdə interfeysə malikdir. Bu isə ölkəmizə səfər edən turistlərin və əcnəbi vətəndaşların ünvan tapma işini daha da rahatlaşdırır.
Sistemin daha bir üstünlüyü Naviqasiya Proqramı nəinki ünvana görə, həmçinin seçilmiş obyektə görə də marşrutu göstərir. Seçilmiş yol ilə hərəkət zamanı yolda nəqliyyat vasitəsinin maksimal sürətini, yol üzərində olan radarları, döngə nöqtələrini, parkinqləri, yanacaqdoldurma məntəqələrini, digər xidmət, ictimai iaşə obyektləri, yol keçidləri və tıxacları bildirir. Nəqliyyat vasitəsi hərəkətə başladıqdan sonra istifadəçi gedəcəyi yerə nə zaman çatacağı barədə məlumatı əvvəlcədən öyrənir.
Yolda hadisə baş verərsə
Hərəkət zamanı marşrut üzərində olan hadisələr barədə məlumatları Naviqasiya proqramındakı funksiya vasitəsilə Sistemin Çağrı Mərkəzinə göndərə bilir (Çağrı mərkəzi ilə əlaqə - SOS funksiyası). Yolda baş vermiş hadisə haqda məlumat çağrı mərkəzinə bir kliklə ötürülür.
«GPS» vasitəsilə cari ünvan avtomatik təyin oluna bilər. Təyinat məntəqəsinə qədər sürətli/qısa marşrutun hesablanması və marşrutdan yayınma halında marşrutun yenidən bərpası mümkündür. Proqramda yol trafik vəziyyəti xəritə üzərində rənglərlə vizualizasiya olunur, yol hadisələri ikonlarla göstərilir.
Səsli və görüntülü müşayiət
Marşrut zamanı səsli (Azərbaycan, Rus, İngilis və digər dillərdə) və görüntülü müşayiət mümkündür, radar və bəzi yol nişanları haqda bildirişlər ekrana çıxır. Proqramda sürətə nəzarət sistemi, marşrutun hesablanması üçün rejimin seçilməsi imkanları mövcuddur. Xəritənin 3 ölçülü (3D) gecə və gündüz rejimdə əks olunması binaların və istinadların da 3D göstərilməsini (seçimə görə) mümkün edir.
Həm yeni, həm də köhnə ünvanları tapa bilir
«AzNav» yeni və köhnə ünvanların əsasında hazırlanmış Naviqasiya Xəritəsinin məlumatlarından istifadə etməklə işləyir.
Üstəlik bu sistem həm yeni, həm də köhnə ünvan konsepsiyası əsasında çalışır. Yəni ünvana görə axtarış həm «giriş (binanın bloku) nömrələrinə» (yeni konsepsiya), həm də «bina nömrələrinə» (əvvəlki konsepsiya) görə həyata keçirilə bilər. Digər axtarış funksiyaları da mövcuddur ki, bunlar obyektə (POİ) görə, koordinata görə, yol kəsişmələrinə görə naviqasiya seçimləridir. Tapılmış obyektlərin (POİ) tipinə görə göstərilməsi mümkündür. Bir dəfə seçilən ünvanlar, obyektlər və marşrutlar avtomatik proqramın yaddaşında saxlanılır. Eyni zamanda, proqramda odometr funksiyası da aktivdir.
WhatsApp və Facebook-da da işləyir
«Evə apar» funksiyası isə cari məntəqədən «ev» kimi yaddaşda qeyd edilmiş məntəqəyə qədər marşrutun hesablanmasına imkan verir. Proqram vasitəsilə başqa istifadəçilərlə əks əlaqə imkanı da var. Belə ki, cari məntəqənin kordinatları, obyektlər, yol kəsişmələri və marşrutlar haqda məlumat SMS, WhatsApp, Facebook və E-mail vasitəsilə başqa istifadəçilərlə paylaşıla bilər.
«AzNav»-la xaricə də getmək olar
Yeni naviqasiya sisteminin digər bir üstünlüyü Azərbaycanın xəritəsi ilə yanaşı, başqa ölkələrin (Avropa, Cənubi Amerika, Şimali Amerika, Afrika ölkələri) xəritələrini də özündə əks etdirməsidir.
Bütün mobil qurğulara yükləmək olar
Tədbirdə «AzNav»ın gətirdiyi faydalar xüsusi qeyd edilib. Naviqasiya sistemi Azərbaycanın bütün ərazisini əhatə etməklə, paytaxt və regionlar üzrə ünvan axtarışı, tapılması, qısa zamanda və qısa marşrutla bir ünvandan digər ünvana bütün alternativ yolları göstərmək imkanlarına malikdir.
Üstün cəhətlərdən biri də, «AzNav»ın həm onlayn, həm də oflayn rejimdə işləmək imkanlarına malikdir. Sistem Android, iOS (Apple), Windows CE əməliyyat sistemlərində olan bütün növ mobil cihazlarda və eyni zamanda telefon və planşetlərdə çalışır. Android qurğuları üçün «AzNav»ı Play Market-dən, İOS (Apple istehsalı) qurğuları üçün isə App Store-dan yükləmək mümkündür.
AzNav-ın əsas funksiyaları – SİYAHI
1. Azərbaycan, rus, ingilis, ərəb, alman, ispan, fransız, italyan, türk və gürcü dillərində interfeys.
2. Azərbaycanla yanaşı, başqa ölkələrin (Avropa, Cənubi Amerika, Şimali Amerika, Afrika ölkələri) də xəritəsi istifadə oluna bilər.
3. Cari məntəqənin avtomatik təyin edilməsi.
4. Təyinat məntəqəsinə qədər sürətli/qıssa marşrutun hesablanması və marşrutdan sapma halında marşrutun yenidən hesablanması.
5. Bir neçə aralıq məntəqəyə görə marşrutun hesablanması.
6. Yol trafik vəziyətinin xəritə üzərində rənglərlə göstərilməsi,
7. Yol hadisələrinin xəritə üzərində ikonlarla göstərilməsi,
8. Marşrut zamanı səsli və görüntülü müşayiət,
9. Radar və bəzi yol nişanları haqda bildirişlərin ekrana çıxarılması,
10. Sürətə nəzarət sistemi.
11. Marşrutun hesablanması üçün rejimin seçilə bilən olması.
12. Naviqasiya zamanı Azərbaycan, rus, ingilis və başqa dillərdə səsli müşayiət.
13. Ünvana görə axtarış. Axtarış həm “giriş nömrələrinə” (yeni konsepsiya), həm də “bina nömrələrinə” (əvvəlki konsepsiya) görə həyata keçirilə bilməlidir.
14. Obyektə (POİ) görə axtarış.
15. Kordinata görə axtarış.
16. Yol kəsişmələrinə görə naviqasiya.
17. Axtarış sətrinə yarımçıq və ya hərif səhvlərilə daxil edilmiş mətnə görə nəticənin tapılması.
18. Binaların və istinadların 3 ölçülü rejimdə göstərilməsi.
19. Xəritənin 3 ölçülü rejimdə göstərilməsi.
20. Seçilmiş ünvanların, obyektlərin və marşrutların yadda saxlanılması.
21. Marşrut xətti boyunca yerləşən obyektlərin (POİ) göstərilməsi.
22. “Məni evə apar” funksiyası,- cari məntəqədən əvvəlcədən təyin olunmuş məntəqəyə qədər marşrutun hesablanması.
23. Adometr funksiyası.
24. Çağrı mərkəzi ilə əlaqə (SOS funksiyası),
25. Yolda baş vermiş hadisə haqda məlumatın çağrı mərkəzinə bir kliklə ötürülməsi,
26. Əvvəl istifadə olunmuş, təyinat məntəqələrinin yadda saxlanılması.
27. Cari məntəqənin yaxınlığında olan obyektlərin(POİ) tapılması.
28. Tapılmış obyektlərin(POİ) tipinə görə göstərilməsi.
29. Başqa istifadəçilərlə əks əlaqə. Cari məntəqənin kordinatları, obyektlər, yol kəsişmələri və marşrutlar haqda məlumatın SMS, WhatsApp, Facebook və E-mail vasitəsilə başqa istifadəçilərlə paylaşılması.
30. Yollarda trafik vəziyyətinin (yol tıxacları) xəritədə vizullaşdırılması və marşrutların hesablanmasında nəzərə alınması.
Naviqasiya Sistemində mövcud olan məlumatlar
Yaşayış məntəqələri | 5 321 ədəd |
Şəhər və qəsəbələr | 353 ədəd |
Yol və küçələr,. | 55 941 km |
Körpülər | 117 ədəd |
Tunellər | 51 ədəd |
Yerüstü Piyada keçidləri | 558 ədəd |
Radar və kameralar | 521 ədəd |
Dəmir yolları | 3 541 km |
Bina və tikililər | 759 227ədəd |
Bina nömrələri(Köhnə ünvanlar) | 311944 ədəd |
Giriş ünvanları(Yeni ünvanlar) Bakı və Sumqayıt | 77 588 ədəd |
Maraq nöqtələri POİ (obyektlər) | 77 972 ədəd |
Su hövzələrinin ümumi sahəsi | 397,1 km2 |
Çaylar və kanalların ümumi uzunluğu | 20 680 km |