Azərbaycanda avtomobil sayında illik müqayisədə ən çox artım qeydə alınan şəhər və rayonların adları məlum olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə istinadən xəbər verir.
Ümumilikdə, respublika üzrə avtomobillərin sayı bir il ərzində 94 934 ədəd və ya 5,5% artıb.
Faiz artımına görə respublika lideri Qəbələ rayonu olub. Rayonda avtomobillərin sayı 1 651 ədəd artaraq 10,8%-lik yüksəliş göstərib.
İkinci yerdə 10,7% artımla Yardımlı rayonu qərarlaşıb ki, bu da mütləq rəqəmlə 496 avtomobil deməkdir. Xocalı rayonu isə 271 avtomobil və ya 10,6% artımla üçüncü olub.
Siyahıda növbəti yerləri Xızı rayonu (166 ədəd artımla 9,5%), Qobustan rayonu (495 ədəd artımla 9,4%) və Abşeron rayonu (3 123 ədəd artımla 9,3%) tutur.
İlk onluqda həmçinin Lerik rayonu (587 ədəd artımla 9,2%), Samux rayonu (766 ədəd artımla 9,2%) və Qax rayonu (725 ədəd artımla 9,1%) yer alıb.